Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Akar dəvət etdi, Zakir Həsənov Türkiyəyə getdi
  • Bu şəxsləri 15 ilədək həbs gözləyir
  • Keçmiş MTN generalı barəsində hökm dəyişdirildi
  • Azərbaycanın quru sərhədlərini açmamasının əsl səbəbi
  • AZAL Barselonaya reysləri bərpa edir
  • Türkmənistandan səfirliyimizə hücumla bağlı açıqlama
  • Belarus Azərbaycana başsağlığı verdi
  • Sülhməramlıların 45 maşını aksiya ərazisindən keçdi
  • Prezident: "Sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarı dayandırılmalıdır"
  • Naxçıvanın müdafiə potensialı gücləndiriləcək
  • Günəş enerjisi kitab təqdimatı
  • Vasif Talıbovun xidməti maşını və mühafizəsi əlindən alındı
  • Azərbaycanda yeni medal təsis olunur
  • Bakı Metropoliteni sıxlıqla bağlı məlumat yaydı
  • Leyla Abdullayeva “Le Monde” qəzetini tənqid etdi
  • Türkmənistan prezidenti MM spikerini təltif etdi
  • Rasim Məmmədova bəraət istənildi
  • Vilayət Eyvazov yeni rəis təyin etdi
  • Naxçıvandakı əməliyyatla bağlı Talıbovun mövqeyi bilindi
  • Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
  • DİM nazirlikdə bu müsahibələri ləğv etdi
  • Azərbaycanın xarici siyasət strategiyasında dövlətlərarası əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir
  • İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
  • Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Qriqoryan
  • Azərbaycan bu gün ilham mənbəyinə çevrilib
  • 30 Kas 2022, 22:44   
        36

    “Nar” laboratoriyası yeni avadanlıqlarla təchiz olundu

    Azərbaycanda İT ixtisasları üzrə təhsil alan tələbələrin peşəkar kadr kimi yetişməsi məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) təsis edilmiş “Nar” GSM laboratoriyası yeni avadanlıqlarla təchiz edilib.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, yeniliklərlə tanış olmaq məqsədilə, “Nar” rəhbərliyi universitetin rəhbər heyətilə birgə laboratoriyanı ziyarət etdi və faydalı əməkdaşlığı daha da genişləndirmək barədə müzakirə apardı. Müxtəlif mobil rabitə cihazları ilə təchiz edilmiş laboratoriyada tələbələr sərbəst şəkildə lokal mobil şəbəkə yaradaraq telekommunikasiyanı təcrübədə öyrənir.

    “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş İcraçı Direktoru Qunnar Panke Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələrə verdiyi dəyərə görə rektor Vilayət Vəliyevə təşəkkür etdi. ““Nar” olaraq, mobil rabitə sahəsində sahib olduğumuz bilikləri texniki ixtisaslar üzrə təhsil alan tələbələrlə paylaşaraq onların peşəkar mobil rabitə mütəxəssisləri kimi yetişməsini qarşımıza hədəf qoymuşuq. Bu mənada, universitetinizdə həyata keçirdiyimiz layihələr ümumilikdə Azərbaycanın rabitə bazarı üçün əhəmiyyət kəsb edir.” – deyə Qunnar Panke bildirib.

    Göstərdiyi dəstəyə görə, mobil operatora minnətdarlığını bildirən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Nar” GSM laboratoriyasının universitet üçün əhəmiyyətini vurğuladı: “Laboratoriyadakı cihazlarla işləyən tələbələr öz nəzəri biliklərini təcrübədə öyrənmək imkanı əldə edir. Laboratoriyada qazandıqları təcrübi biliklər yaxın gələcəkdə tələbələrin karyerasında mühüm rol oynayacaq və onlar universitetimizdən məzun olduqdan sonra qısa müddət ərzində rabitə sahəsinin peşəkarları olacaqlar.”

    Qeyd edək ki, “Nar” GSM Laboratoriyası 2013-cü ildə “Nar” və AzTU arasında imzalanmış memorandum əsasında fəaliyyət göstərir.

    Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
    loading...