Rəşad Dağlının oğlu: Atamı tələyə saldılar

Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov sosial şəbəkədə atası ilə bağlı paylaşım edib.
XEBERTV.AZ Kult.az-a istinadən xəbər verir ki, Yusif Əmirov atasının tələyə salındığını bildirib.
"Əziz izləyicilər, atamı tələyə saldılar. Dəstəyinizə və dualarınıza görə çox sağ olun. Bizimki də buraya qədərmiş", deyə o qeyd edib.
Qeyd edək ki, Rəşad Dağlının qonşusu İsgəndər Mehdiyev adlı şəxsə altı bıçaq zərbəsi vuraraq qətlə yetirib.