Xəbər lenti
Axtar
25 Eyl 2022, 20:54   
    132

Tovuzda traktor aşıb, 50 yaşlı sürücü ölüb

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

XEBERTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan traktorun sürücüsü idarəetməni itirib.

Nəticədə traktor yoldan çıxaraq aşıb.

Qəza zamanı 50 yaşlı Asil Şamilov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
loading...