Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • 10 May 2022, 23:47   
        229

    Son aylar Göyçay rayonunda gedən prosseslər həbslər, istefalar davam edir.

    Son aylar Göyçay rayonunda gedən prosseslər həbslər, istefalar davam edir. Bu gün yeni istefa, qələm sahibinin işdən öz istəyi ilə uzaqlaşmağı bir daha bu rayonda baş verən hadisələrin hələ aylarca davam edəcəyindən xəbər verir.
    "Göyçay" qəzetinin baş redaktoru Anar Nağıyev baş redaktor vəzifəsindən istefa verib. 7 iyun 2022-ci ildə Göyçay rayon İcra Hakimiyyətinin müşavirəsində keçmiş rayon qəzetinin baş redaktoru Abdulla Əliyev yenidən qəzet rəhbərliyinə gətirilib. Maraqlıdır ki, hüquqşünas və jurnalist olan A. Nağıyev 2017-ci ildə Göyçay rayon mətbuat xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, Göyçay informasiya agentliyi saytının və Nar Tv kanalının təsisçisi və baş redaktoru, 2019-cu ildə Göyçay Gənclər mərkəzinin direktoru, Göyçay şəhər Heydər Əliyev parkına xidmət və nəzarət təşkilatının sədri, 2020-ci il Azərbaycan Milli Məclisinə Altıncı çağırış üzrə keçirilən seçkilərdə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə müstəqil namizəd, 2022-ci il İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorluğuna namizəd olub. 2020-ci ildə 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Deputatın səlahiyyətli nümayəndəsi (köməkçi) vəzifəsini icra edib.
    5 May 2021-ci il tarixindən Göyçay rayon icra hakimiyyəti başçısının sərəncamı ilə A.Nağıyev "Göyçay" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub. Baş redaktor dəfələrlə təklif, müxtəlif lahiyələr, aksiyalar, fləşmob, gənclər və mətbuat nümayəndələri ilə bağlı tədbirlər təşkilatçısıdır. Rayonda keçirilən "Açıq qapı", Mətbuat günləri" adlı görüşlərin təşkilatçısı olan baş redaktorun Göyçay informasiya agentliyinin saytı və NarTv youtube kanalı vasitəsilə Vətən müharibəsi zamanı baş verən hadisələri dəqiq, operativ yayılmasında özünə məxsus imzası olub.
    Regionda ilk olaraq "Mətbuat klubu" adlı dəyirmi masa, görüşlər, təqdimatlar təşkil edib. "Qızıl qələm", "Müstəqil jurnalist", Araz" əbədi media mükafatı, "Həsən bəy Zərdabi " adına mükafatı, 44 gün Vətən müharibəsi zamanı arxa cəbhədə fəaliyyəti yüksək qiymətləndirilərək, RİH-tərəfindən fəxri fərmana layiq görülüb.
    Qeyd edək ki, Anar Nağıyev keçmiş icra başçısı olan Mehdi Səlimzadənin yaxın adamı kimi tanınırdı.Başçının mətbuat silahı kimi fəaliyyəti ilə 5 ilə yaxın demək olar başçını qoruyurdu. Rayon rəhbərinə öz yaxınlığı ilə seçilən mətbuat şefi son 5 ayda demək olar ki,icra hakimiyyətinin tədbirlərində gösərsənmirdi.Region mediasının inkişafına dair müsabiqələrin iştirakçısı olan A. Nağıyev son 4 aydır qəzet abunəsi üçün yaranan problemlərin həlli istiqamətində əlaqədar təşkilatlara müraciət etsə də, redakasiya üzvlərinin əmək haqqını bərpa edə bilməməsi nəticəsində vəzifəsindən öz istəyi ilə uzaqlaşmışdır.
    Redaksiyamız eks baş redaktorla əlaqə saxladı. Anar Nağıyev yeni təyin olunan qəzet baş redaktorunu təbrik edərək, uğur arulamaqla yanaşı bəzi məsələlərə aydınlıq gətirdi. A. Nağıyev açıqlamasında 1930-cu ildən müxtəlif adlarla “Pambıqçı” , “Qalibiyyət bayrağı”, “Yeni həyat”, sonda Göyçay”adı ilə nəşr olunan rayon qəzetinin son aylarda cəmi bir nəfərlə necə deyərlər baş redaktor, məsul katib, şöbə müdiri, müxbir, foto vəzifələrinin hamısını icra etdiyini əmək haqqı olmadan qəzet nəşri üçün vəsaitin ayrılmamasından şikayətləndi. Ay ərzində iki dəfə 8 böyük səhifədə çap olunan qəzet cəmi 2 ilə yaxın duruş gətirdi. May ayı qəzet abunəsi olduğu halda heç bir maliyyə ayrılmamasını diqqətə çatdıran baş redaktor "Göyçay qəzeti" MMC-in vergi borcunun yarandığını bildirdi. Bu vəziyyətlə əlaqədar olaraq Göyçay rayon icra hakimiyyətinə, Media İnkişaf Agentliyinə, Mətbuat Şurasına dəfələrlə müraciət etdiyini qeyd edən A. Nağıyev region mətbuatının o cümlədən, qəzet mediasının ağır durumunu vurğuladı. Bu gün sosial şəbəkələrin, veb saytların, xəbər portallarının rahat və tez şəkildə fəaliyyəti kağız çapının arxada qalmasına səbəb olmasını bildirərək, dəstək olmadan rayon mətbuatının nəşrinin mümkünsüzlüyünü diqqətə çatdırdı. Qəzet üçün abunə və reklamın olmaması bu mətbu orqan tənəzzülünə səbəb olur. Çətinlik içində ayda və ya iki aydan bir güclə hansısa dost-tanışın köməyi ilə çap olunan qəzet gec-tez bağlanmalıdır. Redaksiyası olmayan, heç bir texniki bazası, işçisi və ya əməkdaşı olmayan bir mətbuat orqanı bu gün necə fəaliyyət göstərməlidir sualını verən baş redaktor bu sual ətrafında cavab axtarışı ilə öz istefasını verib.

    Bu gün rayon qəzetlərinin hazırki durumu çox müəmmalı düyünlərin açılmasına, düşən vəziyyətdən çıxış yolu tapılmasına, yığılan abunələrə olunan müdaxilələr, əmək haqqı almadan fəaliyyət göstərən, günün tələblərinə cavab verən mətbu orqanı nəşr etdirib yaşatmaq, rayon qəzetlərinin məhv olmaq təhlükəsindən xəbər verir.
    Biz isə öz növbəmizdə "Göyçay " qəzetinə təyin olunan yeni baş redaktorun fəaliyyətində uğur arzulayır. İnanırıq ki, 92 yaşlı qəzetin ardıcıl nəşr olunacaq.
    loading...