Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 13 Mayıs 2022, 20:06   
        108


    Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO

    Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
    XEBERTV.AZ "DogruXeber.az"-a istinadən xəbər verir ki, Xətai rayonu, Həzi Aslanov qəsəbəsində küçələrdə təmir-bərpa işləri aparılır. Lakin, təəssüflər olsun ki, buna "əsaslı" sözünü əlavə edə bilmirik.

    Nənələrimiz demişkən, "söz vaxtına çəkər". Ötən ilin aprel-may aylarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xətai rayonunun digər ərazilərində aparılan təmir-bərpa işləri barəsində məlumatında, "Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur." cümlələri qeyd edilib.

    Çox təəssüflər olsun ki, Xətai rayon, Həzi Aslanov qəsəbəsində - Şirin Mirzəyev, Corat, Kazımağa Kərimov küçələri və digər ətraf ərazilərdə aparılan təmir işləri barəsində bu cümlələr tamamilə dəxlisiz qalır. Ona görə ki, həmin bərbad, çala-çuxur küçələrdə heç də yuxarıda AAYDA-nin dediyi o frezlənmə, həmçinin yararsız qrunt qazılması və bu kimi işlərin heç biri aparılmayıb. Birbaşa asvalt döşənir, vəssalam.

    Doğrusu, yenicə asfaltlanmış təptəzə "qara küçələr" təqdirəlayiq hal kimi diqqətimizi çəkdi. Elə bu barədə digər rayon və bölgələrə də nümunə olsun və eyni zamanda hər kəs görülən gözəl işlərdən məlumatlı olsun deyə, görülən işlərin fotoşəkillərini də çəkib, ictimailəşdirmək qərarına gəldik. Odur ki, sözügedən ərazilərdə yaşayan sakinlərin də bu barədə sevinərək xoş sözlər deyəcəkləri və bunu da yayımlayacağımız məlumata əlavə edəcəyimiz "həvəsi" ilə bəzi sakinlərə yaxınlaşdıq. Lakin, onların nə gözlərində, nə sözlərində gözlədiyimiz kimi sevinc işığı görmədik. Sən demə ilin-günün bu vaxtı asfalt örtüyü döşənən küçələrin sakinlərindən hər ev üçün 50 (əlli) AZN pul alınıbmış. Yəni, küçələrinin abadlaşdırılması üçün sakinlər şəxsi büdcələrinə minnətdardırlar.

    İndi gəl gör ki, həmin küçələrdə "əsaslı təmir-bərpa işlərinin aparılması" adı ilə büdcədən nə qədər vəsait silinir. Təmiri də sakinlər özləri şəxsi büdcəsi ilə həyata keçirdiyinə görə sual yaranır. Bəs o "təmir-bərpa" adı ilə silinən məbləğ hara axıb? Kimlər tərəfindən, nəyə xərclənib?

    Bu barədə, eyni zamanda Xətai rayon ərazisində süni vasitələrlə qurudulan və kəsilən ağaclar barəsində ətraflı araşdırma məlumatları növbəti günlərdə diqqətinizə çatdıracağıq.







    Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

    DogruXeber.az
    loading...