
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Ramazan təbriki
BAKI-XEBERTV.AZ
Türk-İslam aləminin müqəddəs ayı olan Ramazan uca Allahı sevməyi, haqq yolu ilə getməyi, dözümlülüyü öyrədir, insanlara iradə gücünü yoxlamaq imkanı verir, hər bir kəsi xeyirxah, əliaçıq, təmiz vicdanlı olmağa yönəldir. Oruc tutan kəslər öz nəfsini idarə etməyi bacarır, mənəvi dəyərləri dünya nemətlərindən üstün tutmağın əhəmiyyətini dərk edir. Bu ayda insanlar mənən saflaşır, təmizlənir. Bir aylıq oruc və ibadətlərin sonunda imkanlı şəxslər imkansız ailələrə, xəstələrə, əlsiz-ayaqsızlara fitrə verir, bununla da insanlar arasında paylaşma, bayramlaşma kimi müsbət keyfiyyətlər ortaya çıxır.
Ramazan həm də böyüklərə hörmətin, ehtiramın ifadədəsidir. Hər bir insan ailə böyüklərini və ərtafdakı yaşlıları təbrik edir, onların könlünü alıb ürəklərini şad eləyir. Bütün bu mənəvi keyfiyyətlərinə görə hələ İslam dini qəbul olunmamışdan əvvəl də tutulan, lakin İslam dinində xüsusi önəm kəsb eləyən orucluq ayı və Ramazan bayramı İslam dünyasında önəmli və danılmaz yer tutur .
Əziz soydaşlarımız və dindaşlarımız, Türk-İslam dünyasının layiqli təmsilçiləri. Sizləri bu müqəddəs bayram münasibəti ilə səmimi qəlbdən təbrik edir, bütövlükdə dünyaya, dünyanın önəmli parçası olan Türk-İslam aləminə əmin-amanlıq, uğurlu gələcək arzulayırıq. Bu müqəddəs günlərdə torpaqlarımızın azadlığı uğrunda şəhid olanlara uca Allahdan rəhmət, qazilərimizə və xəstələrimizə şəfa, ailələrimizə ruzi- bərəkət və can sağlığı diləyirik.
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Ramazan təbriki

ATXQ iB-nin sədri f.ü.f.d.,dos.Səkinə Bayramova,
Sədrin I müavini,
f.ü.f.d.,dos.Yeganə Qəhrəmanova