Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 05 Oca 2022, 13:40   
        142


    Ağıllı kəndin inşası "ağıllı"lara həvalə edilib!?-Video

    BAKI-XEBERTV.Z
    Ağıllı kəndin inşası "ağıllı"lara həvalə edilib!?-Video
    DogruXeber.az: - Azərbaycanda ilk "Ağıllı kənd" layihəsi Zəngilanda tətbiq olunur. Aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı.

    Amma...

    İndi "amma"sını biz deyək, siz hali olun.

    Təqribən bir həftədir ki, Sosial şəbəkələrdə bir videogörüntü yayımlanır. Yayımlanan görüntülərdə Zəngilanda "ağıllı kənd" layihəsinin usta və fəhlələrindən ibarət bir qrup şəxs iki aydır zəhməthaqqı ala bilmədiklərindən gileylənirlər

    Onların sözlərinə görə, çox şəraitsiz, yaşamağa yararsız yerdə gecələmək məcburiyyətində qalırlar. Gündüzləri də axşama qədər soyuqlu, şaxtalı hava şəraitində min bir əziyyətlə işləyirlər ki, ailələrinə çörəkpulu qazansınlar. Lakin, o qədər əziyyətin qarşısında, iki aydır zülmlə qazandıqları əmək haqlarını ala bilmirlər. Hələ videoçarxda deyilən budur ki, 200-dən çox usta və fəhlələrin pulları verilmir. Nə vaxt veriləcəyi barəsində də dəqiq məlumat da verilmir ki, heçolmasa ümidlə vəd edilən günü gözləsinlər. Elə nə vaxt soruşsalar, "sabah olacaq, siz işləyin" - deyib, yola verirlər.



    Maraqlıdır, bəs hər ay qaçqınların "çörəkpulu"ndan, dövlət qurumlarında çalışan insanların maaşından, və sair... "Qarabağda görülən yenidənqurma işlərinə dəstək" adı ilə kəsilən məbləğlər, həmçinin Dövlət büdcəsindən ayrılan vəsait hara xərclənir?

    "Ağıllı kənd"layihəsindən yararlanan "ağıllı" səlahiyyət sahibləri ciblərini düşündükləri üçün, işin keyfiyyətini düşünməyi də unudublar deyəsən.

    Xatırlayırsınızsa bir neçə il əvvəl qaçqın və məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə insanlar yaşamağa başladıqdan sonra, bir neçə evin divarları çatladı, bəziləri uçub töküldü, külək bir neçə evin dam örtükləri atdı. Bütün bunlar hamısı zəhməti lazımınca və vaxtında qiymətləndirilmədiyi üçün usta və fəhlələrin başdansovdu gördüyü işlərin nəticəsi, eyni zamanda, tikinti üçün lazım olan materialların əskik olması idi. Yəni, az materialla çox iş gördürənlərin, "hər şey cibim üçün" prinsipi ilə, vətənə, ölkəyə çox ciddi şəkildə maddi ziyan vuran bəzi "yüksək zəkalı" səlahiyyət sahiblərinin "dərin düşüncə"sinin məhsulu idi.

    Yeri gəlmişkən bir neçə aydır əmək haqqını ala bilməyənlər təkcə Qarabağda çalışanlardan ibarət deyil. Təəssüflər olsun ki, bir çox qurumlarda bu hal yaşanır. Özü də ən maraqlısı da odur ki, narazılıq yaradanların demək olar hamısı dövlət qurumlarıdır.

    Bizdə olan məlumata görə eyni vəziyyət Azərbaycan dəmir yollarında da yaşanır. Deyilənə görə artıq 8 aydır ki, dəmir yol işçiləri də əmək haqqlarını ala bilmirlər.(Bu barədə ətraflı növbəti yayımlarımızda.)

    Ardı var...

    Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

    DogruXeber.az
    loading...