Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 05 Oca 2022, 13:36   
        131


    74 yaşlı məzun Füqen Dalkılıc Azərbaycanda

    BAKI-XEBERTV.AZ
    74 yaşlı məzun Füqen Dalkılıc Azərbaycanda
    DogruXeber.az: - Qadınlar haqqında danışarkən Türk qadınını fərqləndirməmək, Türk qadınına qarşı haqsızlıq olar fikrimcə. Türk qadınını olduğu kimi təsvir etmək kəlimələrə, bir yazıya, yaxud bir videoçarxa, hətta bir filmə belə sığmayacaq qədər geniş mövzudur. Bu arada Bakıda hər kəs üçün maraqlı ola biləcək bir xanım qonaq var. Çox maraqlı həyat hekayəsi və fikirləri ilə diqqətimizi çəkən Füqen Dalkılıcla müsahibəni aşağıda oxuya bilərsiniz. Müsahibimiz orta məktəbi bitirdikdən sonra Ankara Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Təhsilinin birinci kursunu bitirdikdən sonra, ailə qurub. Həyat yoldaşının işləri ilə əlaqədar tez-tez ölkədən kənarda olmaq gərəkdiyi üçün Füqen xanım təhsilini yarıda buraxmaq məcburiyyətində qalıb. Ardından ana olmaq, övladlarını böyütmək və sair... Bir də baxıb ki, artıq, yaş 70-ə yetişib. Həyat yoldaşının ölüm xəbəri ilə güclü sarsıntı yaşayan Füqen xanım, bu sarsıntı və üzüntüləri üzərindən atlatmaq üçün çox maraqlı və təqdirəlayiq bir addım atıb, yarım qalmış təhsilini ikinci kursdan davam etdirmək qərarına gəlir və bu qərarını reallaşdırır. Artıq, 74 yaşlı Füqen xanım Universitetin hüquq fakültəsinin yeni məzunudur.
    Öncə Füqen Dalkılıcın Azərbaycan və Azərbaycan qadınları haqqında fikirləri ilə tanış olduq.



    - Füqen xanım Azərbaycan haqqındakı təsəvvürlərizlə, gördükləriniz sizcə biri-birini tamamlayırmı?

    - Mən Azərbaycana ilk dəfə Sovetlər dönəmində 1977-ci ildə gəldim. O zaman da Bakı çox gözəl idi. Hər gəlişimdə Bakını daha gözəl, daha fərqli görürdüm. Bu gün Bakı daha çox dəyişib, dünyanın ən gözəl şəhərlərinə rəqibdir. Bu şəhər hər zaman gözəlliyi ilə cazibədardır: dənizi ilə, küləyi ilə, sıcaq-səmimi insanlarıyla ... İçərişəhəri də çox sevirəm. Böyük tarix yaşayır İçərişəhərdə. İlk gəlişimdə də İçərişəhəri gəzmişdim, "Qız qalası"na çıxıb, ordan şəhəri izləmişdim. İndi göydələnlər ucaldılıb. Gözəl istirahət parkları, alış-veriş mərkəzləri və s., baxdıqca göz oxşayır. Azərbaycanı, azərbaycanlıları çox sevirəm. Əminəm ki, ölkənizin bütün rayonları da paytaxt qədər çox gözəldir. Sovetlər birliyi dövründə həyat yoldaşım Türkiyə səfirliyində çalışdığı üçün bir müddət Moskvada yaşadıq. O zaman televiziya kanallarında həmişə Azərbaycan folklorlarını dinləyir, pərəstiş edir, Azərbaycan filmlərini sevə-sevə izləyirdim. Ümumiyyətlə, Qazaxıstan, Özbəkistan və digər türksoylu ölkələrdə də olmuşam, hamısı haqqında da müsbət düşüncələrim var. Azərbaycanla isə bağlarımız kökümüzə, soyumuza söykənir.

    - Bəs azərbaycanlılar haqqındakı düşüncələriniz nədir?

    - İnsanlar çox mehriban, qonaqpərvər, istiqanlıdırlar. Türk olduğumuz üçün də daha fərqli, daha isti münasibət bəsləyirlər bizə. Dinimiz, dilimiz birdir. Tarixi bağlarımızı və qardaşlığımızı insanların münasibətində o qədər səmimi hiss edirəm ki, sözlə ifadə etməkdə çətinlik çəkirəm.

    - Azərbaycan qadınları haqqında fikirləriniz necədir?

    - Bakıda gördüyüm, tanıdığım bütün Azərbaycan qadınlarını modern, savadlı, çalışqan gördüm. Hər işə hakim olmağı bacaran, güclü qadınlarınız var, deyə düşünürəm. Ən üstün fərqliliklərindən biri də çox gözəl, baxımlı olmalarıdır. Özlərini cəmiyyətdə layiqincə, bütün sahələrdə təmsil edirlər. Gözəl ana, gözəl nənədirlər. Belə çalışqan, zəhmətkeş qadınları olduğu üçün Azərbaycan xalqı çox şanslıdır. Və ən önəmlisi hər işdə uğura imza atan qadınlarınız möhkəm ailə dəyərlərini də yaşatmağı, gələcək nəsillərə ötürməyin öhdəsindən layiqincə gəlirlər. Bu baxımdan gerçəkdən toplum olaraq şanslısınız.

    - Sizcə sizin bu yaşda ali təhsil almağınızın, universitet məzunu olmağınızın qadınlara nə kimi təsiri ola bilər?

    - Örnək olduğumu düşünürəm. Rəfiqələrim mənə "İdealımızsan" deyirlər. Bu da məndə özgüvən hissini daha da artırır. Qadınların güclü olmasını, hər şeyin öhdəsindən təkbaşına gəlməyi bacarmalarını istəyirəm. Türkiyədə qadınlar üzərində hökmranlıq, qadına şiddət hələ də var. Bunların olmaması üçün qadınların savadlı və güclü olmaları gərəkdiyini düşünürəm. O səbəbdən də qadınların güclü olmalarını istəyirəm və türk qadınının bütün uğurlarını alqışlayıram. Digər tərəfdən insanların hər yaşda təhsil almasının mümkünlüyünü təsdiq etdim. Ayrıca uğur qazanmaq, çalışmaq, təhsil almaq, yüksəlmək 60 yaşların üzərində olan insanlar üçün ciddi motivasiyadır. Yaşam enerjisini gücləndirir, həyat eşqini artırır.

    - Füqen xanım, müasir dövrdə diplom əldə etmək o qədər də çətin deyil. Çoxları diplom ala bilir. Lakin, əksəriyyət ya sahib olduğu diplom üzrə çalışmır, ya da ümumiyyətlə çalışmır. Belə bir halda mütləq diplom almaq cəsarəti və israrı hardan qaynaqlanır?

    - Doğru, fikriniz bütün dünyadakı reallığı əks etdirir. Gerçəklikdir ki, çoxları diplomu üzrə çalışmır. Amma, insanın öz biliyi, məqsədi ilə bir diploma sahib olması, bir növ həm də onun özünü cəmiyyətə sübut etməsidir. Yəni, insan çox böyük qürur hissi ilə "mən bunu bacardım" demiş olur. Eyni zamanda diplomun bəzi qapıları açmaq üçün açar olduğunu düşünürəm. Diplom həm də sahib olduğumuz elmi biliklərin, savadın sübutudur. Qarşıda məni daha bir illik təcrübə gözləyir. Həmin təcrübəni keçdikdən sonra vəkil olmaq niyyətindəyəm. "Mən hüquq məzunuyam" demək bir başqa duyğu, "mən vəkiləm" demək tamam başqa bir duyğudur. Allah izn verirsə, mən o duyğunu da özümə yaşadacağımı bacaracağıma əminəm.

    İnşallah deyirik , Füqen Dalkılıca Allahdan uzun, sağlam ömür və planlarını reallaşdırmasını arzulayırıq.

    DogruXeber.az






    loading...