Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 29 Kas 2021, 19:19   
        161



    "Oğru elə bağırdı, doğrunun bağrı yarıldı" - Müasir talançılar

    BAKI-XEBERTV.AZ
    "Oğru elə bağırdı, doğrunun bağrı yarıldı" - Müasir talançılar
    Məşhur atalar məsəli var: "Dərə yiyəsiz, tülkü bəy".

    Bu gün səhiyyə sahəsində iki qurum fəaliyyət göstərir. Daha doğrusu iki qurumun adı var, fəaliyyətləri isə nədənsə o qədər də gözə dəymir.

    "TƏBİB" və Səhiyyə Nazirliyi!

    Hansı ki, ölkə əhalisinin az qala hamısının gileyli olduğu bu qurumlar ikisi də müvəqqəti rəhbərliyin ümidinə qalıb. Qınamaq olmur, o vəzifənin həqiqi sahibləri vəzifəsi olaraq nə iş gördülər ki, müvəqqəti əvəzedicilər də nə iş görsün?!...

    Son zamanlar bir çox səhiyyə müəssisələrinin "gəlirləri" əməllicə artıb. Yəni, sözügedən müəssisələrin "çörəyi" təkcə xəstələrdən və yaxınlarından aldıqları rüşvətdən çıxmır, eyni zamanda artıq əksər dövlət qurumları arasında "dəbdə olan" tender müqavilələri sayəsində, "çörəklərinin üstünə çəkməyə yağları" da var.

    Demək olar ki, hər gün bir tibb müəssisəsinin tender müqaviləsi imzaladığı haqqında məlumat alırıq. Özü də əksəriyyəti bunu katirovka sorğusu baş tutmadan həyata keçirir. Üstəlik də "Dövlət Satınalma Portalı"nda haqqında heç bir məlumat göstərmədən.

    Bütün bunlar barəsində sorğu göndərdiyimizdə də utanmadan gözümüzü yalançı çıxarmağa çalışırlar ki, "Dövlət Satınalma Portalı"nda bütün məlumatlar göstərilib.

    Məsələn, xatırlayırsınızsa, təqribən iki ay əvvəl Masallı Mərkəzi rayon Xəstəxanası ilə də belə bir hal yaşanmışdı və onda da xəstəxananın baş mühasibi israrla bildirirdi ki, "bütün məlumatlar orda var". Söhbətimiz əsnasında bizə məlum oldu ki, sən demə baş mühasibin özü heç belə müqavilələrin necə həyata keçirildiyi haqqında o qədər bilikli deyil. O bizə israrla, "orda bütün məlumatlar var" - dedikdə, müqavilənin başlama və bitmə tarixlərini nəzərdə tuturmuş.

    Yəni, hörmətli baş mühasib üçün tarix "bütün məlumat" sayılırmış.

    Maraqlıdır ki, oxşar da yox, məhz eyni proses Yardımlı mərkəzi Rayon Xəstəxanasında da həyata keçirilib. Daha da maraqlıdır ki, xəstəxananın baş həkimi Rasim Əkbərov da eyni cavabı verib.

    Belə ki, Yardımlı mərkəzi Rayon Xəstəxanası tərəfindən "e-tender.gov.az" saytında "İnci group of companies" ilə müqavilə bağladığı barəsində məlumat yerləşdirilib. Lakin, müqavilə barəsində tarix və şirkətin adından başqa heç bir məlumat göstərilməyib. 43471.082 (qırx üç min dörd yüz yetmiş bir, səksən iki) AZN məbləğin qeyd edildiyi müqavilə barəsində ətraflı məlumat göstərilməməsinin səbəbləri barəsində sözügedən müəssisənin elektron ünvanına rəsmi sorğu göndərdik.

    "DogruXeber.az" informasiya agentliyi olaraq, demək olar ki hər həftə məktub və müraciətlərə cavab verilməsi haqqında qanunda göstərilən maddəni təkrar-təkrar yayımlayırıq. Bu qanundan xəbərsiz olan qurumlar, müəssisələr və məmurlar maariflənsin deyə.

    Amma, deyəsən bizim bu zəhmətimiz boş-boşuna imiş. Onlar üçün ölkə qanunları maraqlı olsaydı, ən azından bildikləri qanunlara riayət edərdilər fikrimizcə.

    Əlqərəz...

    Elektron sorğumuza iki gün ərzində cavab verilmədiyini görüncə, xəstəxananın baş həkimi Rasim Əkbərov ilə telefon əlaqəsi saxladıq.

    Rasim doktor çox aqressiv şəkildə: - "Siz informasiyasınız da, düzdür? İqtisadiyyat Nazirliyindən soruşun. Ordan alın cavabı. Elə hamı sorğu göndərir, niyə məlumat yoxdur?! Sizin nəyinizə lazımdır? Siza aidiyyəti olmayan işlərə niyə qarışırsınız? Var da orda məlumat. Siz rekertlik edirsiniz."


    "Oğru elə bağırdı, doğrunun bağrı yarıldı" - Müasir talançılar

    Qeyd: Rasim Əkbərov nəyinki mətbuatın sorğusuna cavab verməli olduğu müddət barəsində qanundan məlumatsızdır, sən demə heç ümumiyyətlə mətbuatla necə danışmaq lazımdır, onu belə bilmir.

    Jurnalistin hüquqlarından, media qanunlarından bixəbər olan müəssisə rəhbəri, mənasını belə bilmədən işlətdiyi ifadə ilə əməkdaşımızı təhqir etdi. Bu da o deməkdir ki, Rasim Əkbərov nəyinki media haqqında, ümumiyyətlə qanunlardan xəbərsizdir. O hələ də bilmir ki, qanun çərçivəsində "şəxsiyyəti təhqir etmə"yə görə, onu hansı cəzalar gözləyir.

    Yeri gəlmişkən, əslində biz qanunun müvafiq maddəsini Rasim Əkbərovun diqqətinə çatdırmağa çalışdıq. O da sözümüzü ağzımızda kəsib, dedi: - "hə nolsun elə yazılıb".

    Sən demə Rasim Əkbərov qanunları saymadığı üçün öyrənməyə cəhd etməyib.

    Sual verdik: - "Doktor, siz bu müqavilə barəsində"Dövlət Satınalma Portalı"nda ətraflı məlumat göstərməlisiniz, yoxsa yox?"

    Rasim Əkbərov: - "Mən bilmirəm. Yox. Başım çıxmır. Buxalterə (mühasib) deyərəm özü sizə zəng edib deyər. Sağ olun." - deyərək, telefonu söndürdü.

    Bu da bir rayonun, böyük bir tibb müəssisəsinin rəhbərliyinin həvalə olunduğu ziyalı nümunəsi.

    Əslində, tibb müəssisəsinin və işçilərinin bu cür davranışlarının, bilib-bilmədən o biri ucunda böyük məbləğlərin (o məbləğlər ki, dövlət büdcəsindən hər gün müxtəlif adlarla, müxtəlif qurumlar tərəfindən silinir) dayandığı işləri vəzifə borclarından daha çox vaxt ayıraraq həyata keçirmələri üçün cəsarət verən Səhiyyə Nazirliyi və "TƏBİB"dir.

    Əgər, bu vaxta qədər yayımlanan məlumatları və hər gün onlarla, hətta yüzlərlə vətəndaş şikayətlərini nəzərə alıb, heçolmasa onundan biri barəsində gərəkən tədbirlər görülsə idi, proseslər bu həddə qədər gəlməzdi.

    Amma, heç bir tədbir görülmürsə, bu da o demək olur ki, sözügedən qanun pozuntularından qurumlar özləri də yararlanır. Elə buna görə də onlara laqeyd davranışları ilə istədiklərini etmək üçün "geniş meydan" verirlər.

    Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

    DogruXeber.az
    loading...