Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 17 Kas 2021, 18:31   
        116


    Beyləqan rayonunun ən savadlı və ən bacarıqlı biologiya müəllimi.
    O ,01 fevral 1972-ci ildə Beyləqan rayonu ( o vaxtkı adı ilə Jdanov ) Əlinəzərli kəndində anadan olub.1989-cu ildə Əlinəzərli kənd orta məktəbini fərqlənmə ilə bitirib.Elə həmin il Azərbaycan Dövlət Pedoqoji Universitetinin kimya-biologiya fakultəsinə daxil olub,1994-cü ildə isə həmin universiteti bitirərək kimya -biologiya müəllimliyi ixtisasına yiyələnib.
    Əmək fəaliyyətinə 1994-cü ildən Əlinəzərli kənd orta məktəbində biologiya müəllimi kimi başlayıb. 1996-cı ildə ailə qurması ilə əlaqədar Beyləqan rayonu Yeni Mil kəndinə köçüb və əmək fəaliyyətinə Yeni Mil kənd orta məktəbində davam edib. 1999 və 2000 -ci ildə Beyləqan şəhərində yerləşən 1 saylı orta məktəbdə və bir müddət DƏRYA hazırlıq kursunda da çalışıb.
    Həmsöhbətim - Məmmədova Gülnarə Heydər qızıdır. Ailəlidir ,2 övladı var ( hər iki övladı ali təhsillidir ).
    Hazırda 2 məktəbdə - əsas iş yeri kimi Beyləqan şəhərində müvəqqəti yerləşmiş Laçın rayonu R. Əliyev adına Qarıkaha kənd orta məktəbində və Beyləqan rayon Yeni Mil kəndində biologiya müəllimi kimi çalışır.
    İşlədiyi müddətdə kifayət qədər uğurlar qazanıb:
    -2016-cı ildə Müəllimlərin Diaqnostik Qiymətləndirilməsi zamanı mümkün 60 baldan 55 bal toplayaraq Beyləqan rayonunda biologiya müəllimləri arasında 1-ci yerə layiq görülərək Fərqlənmə Diplomuna layiq görülüb,
    -2017-ci ildə Müəllimlərin ixtisas artırma kursunun yekun imtahanında mümkün 60 baldan 58 bal toplayaraq fərqlənmiş və 1-ci yerə layiq olmüşdür.
    -2019-cu ildə İstedadlı şagirdə -İstedadlı müəllim müsabiqəsinin Respublika turunda fərqləndiyinə görə -FƏXRİ FƏRMANLA təltif olunub.
    -2021-ci ildə şagirdlərinin fənn Olimpiadasında yüksək nəticələr göstərdiyinə görə -FƏXRİ FƏRMANLA təltif olunub.
    Bütün bunlardan əlavə 18 ildən çoxdur ki,repititor fəaliyyəti ilə məşğul olur və bu müddətdə yüzlərlə abituriyentin tələbə adını qazanmasında əməyi olub. Savadlı müəllim kimi tək Beyləqanda yox,Füzuli rayonunda da tanınır. Hazırlaşdırdığı şagirdlər içərisində qonşu Füzuli rayonundan da olanlar var.Hazırlıq üçün müraciət edənlərin içərisində gənc müəllimlər də olub.
    Maddi imkanı olmayan şagirdləri təmənnasız olaraq hazırlayıb, onların tələbə adının qazanmasında əməyi olub.
    Son 2 ildə hazışladığı və uğur qazanan abituriyentlərin nəticələri göz qamaşdırır , ümumilikdə 21 nəfər 500- dən yuxarı bal toplayaraq ali təhsil müəsissələrinə daxil olub,bunlardan :
    -2 nəfər abituriyent – qəbul imtahanında biologiya fənnindən bütün sualları ( 30 sual ) düzgün yazıb.
    - 1 nəfər abituriyent H.Aygün bu il Beyləqanda 4-cü qrup üzrə ən yüksək - 692 bal nəticə göstərib.
    -
    -1 nəfər Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasına daxil olub,
    - 18 nəfər Azərbaycan Tibb Universitetinə daxil olub,
    -2 nəfər ADPU-nə daxil olub.
    450-dən aşağı bal toplayaraq uğur qazananlar daha çoxdur.
    Müəllimə kimi həm də repititor kimi uğurları kifayət qədərdir.Yorulmaq bilmədən çalışır,digər müəllimələrə nümunə göstərilir . Gözəl qəlbli bir insandır ,bütün şagirdləri arasında çox hörməti olan,onlarla tək müəllim kimi yox,həm də bir yoldaş kimi davranır,onlara bir insan kimi nümunədir.
    Gülnarə müəllimənin bu zəhməti ,uğurları təəsüf ki,hələ də Beyləqan Rayon Təhsil Şöbəsi tərəfindən yetərincə qiymətləndirilmir.Bu qədər Fəxri Fərmanlar,çalışqanlığı , uğurlarına və verdiyi əməklərinə görə - ƏMƏKDAR MÜƏLLİM adına layiq görülsəydi yaxşı olardı.Çünki bu adı haqq edib.Vətənimizə hər il neçə- neçə müəllim və həkim qazanılmasında əməyi olan biri kimi Gülnarə müəllimənin hələ də bu ada layiq görülməməsi ona qarşı haqsızlıqdır.
    PS... Beyləqan Rayon Təhsil Şöbəsinin rəhbərliyi ilə telefon əlaqəsi zamanı bununla bağlı sualla müraciət etdim və mənə bildirdilər ki,növbəti illərdə bu məsələ ilə bağlı təklif verilər və layiq olduğu adı alar. Gözləyək ..Bu məsələ diqqətdə saxlanılacaq .












    Hazırladı Nazim Camalov
    loading...