Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 12 Kas 2021, 13:43   
        145
    BAKİ-XEBERTV.AZ


    Tibbi Ekspertiza "bazarlarında şıdırğı meyid alveri" - ŞOK FAKTLAR // VİDEO





    DogruXeber.az: - Sumqayıt!
    Əvvəllər bu şəhərin adı gələndə ilk ağlımıza tüstüsü bol sənaye şəhəri gəlirdi.

    İndi şükürlər olsun Sumqayıt ölkənin ən gözəl şəhərlərindən biridir.

    Təbii ki, yalnız mərkəz görüntüsünə görə. Çünki, mərkəzdən kənar ərazilərinin - məsələn, "Stansiya Sumqayıt" deyilən ərazi, "Kimyaçılar qəsəbəsi" və digər bu kimi əraziləri şəhərin gözəlliyinə xələl gətirən görüntülərə sahibdirlər.

    Amma, çox təəssüflər olsun ki, Sumqayıt şəhərinin problemləri təkcə ekologiya çirklənməsi və ya çirkli suların yaratdığı natəmizlikdən ibarət deyil.

    Eyni zamanda sosial medialarda tez-tez dərc edilən Sumqayıt şəhər Mərkəzi Xəstəxanası, Sumqayıt məhkəməsi, Sumqayıt Dövlət Universiteti, həmçinin Sumqayıt "MERO"-su, hətta Sumqayıt qəbristanlığı və sair bütün bu adlarını sadaladıqlarımızın hamısı haqqında ayrılıqda neqativ məlumatları oxuyuruq, görürük.

    My Webpage

    Bu günlərdə isə sosial şəbəkələrdə Sumqayıt şəhərində baş vermiş daha bir saymazlıq, daha bir sözün əsl mənasında biyabırçı olay cəmiyyət arasında narazılıq, səs-küy doğurub.








    Yuxarıda da gördüyünüz kimi, vətəndaş qeyd edir ki, "yaxın dostum Əbdülov İlqar ürək çatışmazlığından xəstəxanada rəhmətə gedib, gətiriblər (Tibbi Ekspertiza idarəsi) bura. Mərhumun qardaşı Əbdülov İnqilab ilə 6-7 saatdır ki, qapıda gözləyirik. Artıq gecə saatlarıdır. Hələ də yaxınımızın cəsədini vermirlər ki, aparıb dəfn edək. Meyidi yarmaq dedilər, ona da etiraz etmədik. Artıq, bir neçə saatdır ki, bizi və bizdən başqa da onlarla insanı gözlədirlər. Bizim yaxınımızın cəsədini özümüzə vermək üçün pul tələb edirlər. Bir sözlə burda meyidləri sahiblərinə satırlar."

    Yeri gəlmişkən, xatirinizdədirsə bir neçə ay öncə həmkarımız, Ağdam rayon sakini İbrahim Qubadoğlunun rastlaşdığı eyni problemi agentliyimizdə yayımlamışdıq.




    www.youtube.com/watch?v=zd_CPIZysX8

    Hansı ki, Kürdəmir rayon Tibbi Ekspertiza idarəsində İbrahim Qubadoğlunun yol qəzasında dünyasını dəyişən həyat yoldaşı və digər iki yaxınının cəsədlərini almaq üçün ondan pul tələb edilmişdi. Hətta, alınmışdı. Özü də 150 manat qiymət oxuyub, sonra biraz "bazarlıq" edib, 100 manata qədər "endirim" də edilmişdi.

    Çox təəssüflər olsun ki, ölkəmizdə qanunlardan çox, qanunsuzluqlar vətəndaşlara "hakim kəsilib".

    yuxarıda da gördüyünüz kimi, bu kimi halların cana doyurduğu vətəndaşlardan daha biri sosial şəbəkələr vasitəsilə Sumqayıt şəhər İcra Hakimiyyətinə, Səhiyyə Nazirliyinə, Ölkə başçısına, Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edərək, sözügedən qanunsuzluqlar barəsində tədbir görülməsini xahiş edir.

    Baş prokurorluq demişkən, redaksiyamız tərəfindən bir çox sahələrdə şahidi olduğumuz qanunsuzluqlar barəsində dəfələrlə Baş Prokurorluğa biz də müraciətlər, sorğular göndərmişik.

    Çox təəssüflə vurğulamalıyıq ki, nədənsə sözügedən bu hüquq mühafizə orqanının əməkdaşları ünvanlanmış müraciətləri ya görmür, ya da görməzdən gəlirlər.

    Həmçinin müraciətdə adı çəkilən daha bir qurum - Səhiyyə Nazirliyinin ümumiyyətlə sanki, "donmuş" fəaliyyəti, eləcə də bu qədər narazı sakinlərin dərdinə dərman ola bilməyən Sumqayıt şəhər İcra Hakimiyyətinin fəaliyyətsizliyi heç də öz biganəliyi ilə bu qurumlardan geri qalmır.

    Elə bu səbəblərdəndir ki, əli hər yerdən üzülən vətəndaşlar sözlərini ölkə başçısına demək üçün üz tuturlar media qapılarına.

    "DogruXeber.az" redaksiyası olaraq, hər zamankı kimi "doğru məlumatları yayımlama" Məqsədimiz Uğrunda Mübarizəmizi davam etdiririk. (YouTube - MUM.TV)

    Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

    DogruXeber.az
    loading...