Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 25 Eki 2021, 13:51   
        171


    Qubadlı həyat və gülüş içində

    Qubadlı həyat və gülüş içində
    Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından bir il keçir. Düz 1 il öncə, müzəffər Ali Baş Komandan xalqa müraciəti zamanı Qubadlı şəhəri və rayonun 7 kəndinin, Zəngilan və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin işğaldan azad olunduğunu bildirmişdi. Qubadlı rayonu 1993-cü il erməni işğalınadək 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsinə malik olub. 27 illik işğal müddətində rayon ermənilər tərəfindən xarabalığa çevrilib, əmlakı məhv edilib və talanıb. 13,2 min hektar meşə sahəsi də işğal müddətində ermənilər tərəfindən ekoloji soyqırımıya məruz qalıb.

    XEBERTV.AZ Publika.az -a istinadən xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.



    Deputat bildirib ki, işğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da böyük iqtisadi potensiala malikdir: "İşğala qədər Qubadlı rayonunda əsasən kənd təsərrüfatı inkişaf etmişdi. Rayonda əsasən taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük inkişaf etmişdi. Belə ki, Qubadlı rayonunda ildə 15 min tona yaxın taxıl məhsulları,12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 3 min ton üzüm, 1,2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunurdu.

    Qubadlı rayonunda təbii ehtiyatların da həcminin çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır. Bu baxımdan yenidən qurulacaq Qubadlı rayonunda sənaye məhsullarının da istehsal olunacağı gözlənilir. Şərqi Zəngəzurun digər rayonları kimi Qubadlının da turizm potensialı kifayət qədər yüksək qiymətləndirilir. Xüsusən də yay, qış və sağlamlıq turizm imkanları böyükdür.

    İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Həyat və gülüşün Şərqi Zəngəzurun bu hissəsinə qayıdacağı gün də uzaqda deyil. Qarabağ Azərbaycandır! Allah şəhidlərimizə rəhmət etsin!"
    loading...