Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 03 Şub 2021, 21:19   
        156
    BAKİ-XEBERTV.AZ

    Azərbaycanın məhkəmə fəaliyyəti təkmilləşdirilir

    Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli, o cümlədən dövlət idarəçiliyində mütərəqqi və ardıcıl islahatlar aparılır, müasir təfəkkürlü gənc və yüksək ixtisaslı kadrlar irəli çəkilirlər.

    Dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 03.04.2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğun yeni mərhələdə aparılmasını, hüquqların məhkəmə müdafiəsinin daha da güclənməsini şərtləndirib.

    Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, karantin şəraitində elektron xidmətlərin göstərilməsi və məhkəmə proseslərində İKT-nin tətbiqi genişləndirilib. Həmçinin, yeni Kommersiya və digər regional məhkəmələr təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin təminatı güclənib, digər əhəmiyyətli tədbirlər görülüb.

    Təqdirəlayiqdir ki, həyata keçirilən məhkəmə islahatları beynəlxalq səviyyədə təşviq edilir, bir çox sahələrdə azərbaycan təcrübəsi nüfuzlu hüquq təsisatları tərəfindən nümunə kimi göstərilir.

    Məhkəmə-Hüquq Şurasından Trend-ə bildirilib ki, məhkəmələrə əlçatanlığın yaxşılaşmasının əhəmiyyəti nəzərə alınaraq Məhkəmə-Hüquq Şurası tərəfindən bu sahədə təhlillər aparılaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yaradılması məqsədəmüvafiq bilinib və müvafiq təkliflər verilib. Məhkəmə sisteminin inkişafına müstəsna əhəmiyyət verən dövlət başçısının 03.02.2021-ci il tarixli Sərəncamı ilə həmin məhkəmə təsis edilib.

    Həmçinin, hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və vaxtında baxılması məqsədilə Fərmana əsasən əlavə 200 yeni hakim ştatı ayrılmışdır.

    Həmin ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin seçilməsi qaydaları təkmilləşdirilərək bu proses davamlı xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırılması və nəticələrin dərhal elanı müəyyən olunub.

    Xüsusi karantin rejiminin tələbləri ciddi gözlənilməklə ötən il Hakimlərin Seçki Komitəsi tərəfindən keçirilmiş müsabiqə nəticəsində 44 nəfər hakimliyə namizəd bir neçə mərhələdən ibarət olan bütün imtahanları, o cümlədən yarım illik tədris kursunu və məhkəmələrdə stajkeçməni uğurla başa vurub.

    Namizədlərin tam əksəriyyətini (70%) 35 yaşa qədər olan, o cümlədən xaricdə təhsil almış gənc nəsil hüquqşünaslar təşkil edir, onlar ölkənin müxtəlif hüquq təsisatlarında - məhkəmə, prokurorluq orqanlarında, vəkillik xidmətində, özəl və digər müəssisələrdə çalışıblar.

    İlk dəfə olaraq namizədlərin 40%-dən çoxunun qadın olması ölkəmizdə gender bərabərliyi prinsiplərinə əməl edilməsi, qadınların ictimai həyatın müxtəlif sahələrində fəallığının təzahürü olub.

    Həmin namizədlərin hər biri ilə Qaydalara uyğun olaraq Şura tərəfindən fərdi söhbətlər keçirilib, ixtisaslaşmaları aparılaraq müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilmələri üçün dövlət başçısına təkliflər verilib.

    Onların ölkə Prezidentinin 03.02.2021-ci il tarixli Sərəncamı ilə müxtəlif bölgələrə, o cümlədən yeni yaradılmış Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə təyinat alması regionlarda hüquq təsisatlarının inkişafına, işlərə daha çevik baxılmasına əlavə rəvac verəcəkdir.

    "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanının icrası çərçivəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

    Milli.Az
    loading...