Xəbər lenti
Axtar
20 Oca 2021, 14:12   
    328

Sol ayağını itirmiş qaziyə yüksək texnologiyalı protez hazırlanır - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış hərbi qulluçuların ehtiyaclarına uyğun olaraq reabilitasiya vasitələri, müasir protezlərlə təminatını davam etdirir.

XEBERTV.AZ xəbər verir ki, Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Vətən müharibəsində Cəbrayıl uğrunda döyüşlərdə ağır yaralanaraq sol ayağını itirmiş baş leytenant Mürsəlov Fərhad Əlizadə oğlu üçün yüksək texnologiyalı protezin hazırlanmasına başlanıb.

O, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qarşılanaraq, ilkin müayinə və ölçü götürülməsi işləri aparılıb.

Protezləşməyə hazırlıq müddəti bitdikdən sonra o, yüksək texnologiyalı protezlə təmin olunacaq.

loading...