Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • 25 Ağu 2020, 20:21   
        353


    Abel Məhərrəmovun sərvəti açıqlandı - Siyahı

    Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən çıxarılandan sonra "kölgəyə” çəkilən akademik Abel Məhərrəmov yenidən diqqət mərkəzinə gəlib.

    XEBERTV.AZ Yenisabah.az-a istinadla xəbər verir ki, keçmiş rektorun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etməsi və orada sağlıq deməsi müzakirə mövzusuna çevrilib.

    Bəzi məlumatlara görə, Abel Məhərrəmovun hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılacağı iddia olunur.

    Eyni zamanda, keçmiş rektorun illər öncə mediada yayılmış sərvəti yenidən tirajlanıb. Məlumat üçün deyək ki, siyahını siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırov yaymışdı.

    1. "El Faro Hotel Nabran” ailəvi istirahət mərkəzi - 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.

    2. "Mono Liza” - Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli,1596).

    3. "İzabella” şadlıq sarayı, Bakıda "Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.

    4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.

    5. "Sahil” ticarət mərkəzində ən bahalı "Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brendlər olan kişi kostyumları mağazaları şəbəkəsi)

    Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:

    1. "Lamborgini”

    2. "Bentli”

    3. "Porsşe Cayenne”

    4. "Land Rover”

    5. "Mersedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)

    6. "Audi Q7”

    7. "Audi Q8” (Son model, qiyməti 450 min avro)

    8. "Mersedes Gelandevagen” (qiyməti 250 min avro)

    9. BMV X6 (son model - qiyməti 200 min avro)

    10. BMV -760” (qiyməti 400 min avro)

    Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:

    1. Binəqədidə "Vorovski" deyilən ərazidə 2 villa;

    2. Quba rayonunda 1 villa;

    3. Xızı rayonunda 1 villa;

    4. Nabranda 1 villa;

    5. Şüvəlan qəsəbəsində 1 villa;

    6. Mərdəkan qəsəbəsində 1 villa;

    7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;

    8. Şərifzadə küçəsində yerləşən ev.

    9. Qızı Nərminə Sadıqovaya məxsus "Qlobus" uşaq bağçası.

    10. 8-ci mikrorayonda daha bir restoranı

    11. N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil.
    loading...