Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
  • DİM nazirlikdə bu müsahibələri ləğv etdi
  • Azərbaycanın xarici siyasət strategiyasında dövlətlərarası əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir
  • İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
  • Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Qriqoryan
  • Azərbaycan bu gün ilham mənbəyinə çevrilib
  • Bayramov iranlı həmkarı ilə danışdı: Nələr müzakirə edildi?
  • Tarixi Zəfərin əsas formulu – VİDEO
  • 8 Noyabr - Zəfər Günüdür!
  • Allahverdi Bağırovun qəbrində kim dəfn edilib? - Video
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin təbriki
  • Bakı və Astana bu sahədə əməkdaşlıq edəcək
  • Bayramov Borrellə sərhədi müzakirə etdi
  • Bayramov Çavuşoğlu ilə danışdı
  • Puqaçovanın nəvəsi səfərbərliyə çağrıldı
  • Azərbaycan Fransadan təzminat tələb edir
  • Bu Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi
  • Dünya məhvin BİR ADDIMLIĞINDA: "Milyonlarla qurbanı olan nüvə müharibələri baş verəcək"
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • 20 Ağu 2020, 15:53   
        389


    Yeni dərs ilində: ənənəvi, yoxsa virtual?


    Yeni dərs ilində: ənənəvi, yoxsa virtual?

    Avqustun 17-də Təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsində təmsil olunan deputatların iştirakı ilə videokonfrans keçirilib. XEBERTV.AZ “Qafqazinfo” -ya istinadən xəbər verir ki, koronavirus pandemiyası şəraitində təhsil problemlərinin müzakirəyə çıxarıldığı tədbirdə təhsil müəssisələrinin fəaliyyətinin bərpasına dair Təhsil İnstitutunun hazırladığı təkliflərə geniş yer ayrılıb.

    Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə məktəblərin açılmasına dair təkliflər səsləndirilib. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyevin fikrincə, təhsildə qarışıq modeldən istifadə edərək tədris prosesini səmərəli şəkildə qurmaq mümkündür. “Mənim fikrimcə, məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə şagirdlərin müəllimlə ünsiyyəti zəruridir. Yuxarı siniflərdə onlayn dərs keçilə, fasilələrlə ənənəvi dərs formatından da istifadə edilə bilər. Hesab edirəm ki, kütləvi toplaşmalara yol vermədən məktəb rəhbərləri öz işini uğurla qura və prosesi idarə edə bilərlər”.

    Təhsilin hansı formatda təşkilindən asılı olmayaraq, deputat 2 prinsipin əsas götürülməli olduğunu deyir: “Birincisi, elmi və tibbi cəhətdən əsaslandırılmış tövsiyələrin olması, ikincisi, sağlamlığın qorunması üçün əlavə tədbirlərin həyata keçirilməsi, yəni sanitar-gigiyenik norma və qaydalara əməl edilməsidir".

    Komitə üzvü, deputat Aqiyə Naxçıvanlı ənənəvi olaraq dərslərin sentyabrın 15-də başlamasını o qədər də məqbul hesab etmədiyini bildirir: "Bu məsələdə tələsmək lazım deyil. Çünki nə qədər virusa yoluxma halları tam azalmayıb və aradan qalxmayıb, dərslərin başlanması risklidir. İnsanların sağlamlığı hər şeydən üstündür. Çünki cənab Prezidentin bu məsələdə yürütdüyü siyasətin ana xəttini insanların sağlamlığı təşkil edir”.

    Milli Məclisin deputatı Şahin Seyidzadənin fikrincə, yeni tədris ilinə hazırlıqla bağlı müxtəlif yanaşmalar var : “Burada vacib amil uşağın təhlükəsizliyi və sağlamlığıdır".

    Konkret təkliflərə gəlincə, Ş.Seyidzadənin fikrincə, məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə distant təhsil formatının effektivliyi aşağıdır. Ona görə də yuxarı siniflərlə müqayisədə onlara sinifdə də tədris daha məqsədəuyğundur. Buraxılış sinifləri də xüsusi yanaşma tələb edir. Onların hazırlığına dəstək verilməli, qiymətləndirilmə təşkil edilməlidir”.

    Ümumiyyətlə, deputat hesab edir ki, təhsildə verilən bütün qərarlar çevik, həssas və kifayət qədər düşünülmüş olmalıdır. Hər hansı risk ehtimalı varsa, bütün məqamlar nəzərə alınmalıdır.

    Komitə üzvü Ceyhun Məmmədovun fikrincə, tədrisdə nəzərdə tutulan hər formatın özünəməxsus çətinlikləri var: “Təhsil Nazirliyində hazırlanan təkliflərə görə tədrisin 2 formatda həyata keçirilməsi nəzərdə tutulub. Məktəbdə canlı dərslə yanaşı, tədrisin onlayn aparılması da müzakirə olunur. Qarışıq model xüsusən təcrübi biliklərin, praktik fənlərin keçilməsində xüsusi əhəmiyyət daşıyır. Sadəcə onlayn dərs keçirilməsi hamı üçün eyni səviyyədə rahat, asan olmadığı kimi canlı dərslər də təhlükədir. Ona görə də həftədə bir neçə dəfə məktəbdə dərslərin keçirilməsində iştirak etmək mümkündür”.

    Deputat Anar İsgəndərli ənənəvi dərsləri başqa heç bir formatın əvəz edə bilməyəcəyinə inandığını bildirir. " Ancaq qısa müddətdə də olsa, ola bilər əsas dərs onlayn formatda keçirilər”.

    Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, professor Hikmət Əlizadə onlayn dərs formatının effektivliyinə şübhə ilə baxır: “Fikrimcə, onlayn format canlı dərsləri əvəz edə bilməz. Lakin sağlamlıq üçün təhlükə yaranıbsa, ilk növbədə, onu düşünməliyik. İndiki şəraitdə məktəblərin normal fəaliyyətini təmin edə bilmiriksə, buna tədricən nail olmalıyıq".

    Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim Sevda Əsgərli onlayn dərsin tərəfdarıdır: “Artıq onlayn dərslərə tamamilə uyğunlaşmışıq. “Zoom” proqramı üzərindən keyfiyyətli dərs qurmaq mümkündür. Ənənəvi dərslərdən heç nə ilə geri qalmır. Fikrimcə, indiki şəraitdə onlayn dərs formatı ən optimal yoldur. Bu, ilk növbədə kütləvi yoluxmanın qarşısını almaq üçün önəmlidir”.

    Valideynlərdən Yusif Baba da hesab edir ki, hazırda dərslərin onlayn olması daha məqsədəuyğundur. Dərslərin televiziya ilə nümayişinin hətta təhsildən kənarda qalan şagirdləri də əhatə etdiyini vurğulayan valideynin fikrincə, Təhsil Nazirliyinin elektron portalında, “Facebook”, “Youtube” kimi sosial şəbəkələrdə bu dərslərin yerləşdirilməsi, ümumiyyətlə, “Virtual məktəb” layihəsi, görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, şagird və müəllim qruplarının təşkili, tapşırıqların həll edilməsi şagirdlər üçün əlavə imkanlar yaradıb.
    loading...