Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 20 Şub 2020, 18:56   
        335



    MSK hamının danışdığı "ölü seçici" videosu ilə bağlı HƏR ŞEYİ AÇDI

    MSK-nın iclasında 107 saylı Qazax seçki dairəsi üzrə namizəd olmuş Ramil Göyüşovun şikayətinə baxılıb.

    XEBERTV.AZ xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, R.Göyüşov DSK-nın qərarından şikayət edib: “Şikayətin araşdırılması zamanı çox maraqlı faktlar ortaya çıxıb. Müəyyən edilib ki, şikayətdə göstərilən faktların çox böyük əksəriyyəti öz təsdiqini tapmır. O, 12 seçki məntəqəsi üzrə 20-yə yaxın videogörüntü təqdim edib. Sosial şəbəkələrdə və mətbuatda yayılan “ölübdü, ölübdü, o sənin üçün ölübdü” videosu bu dairə ərazisindəki məntəqələrin birində çəkilib. Biz bu məsələni də araşdırdıq. Məsələ belədir ki, həm “o ölüb” sözünü deyən seçici, həm də məntəqə seçki komissiyalarının üzvü qonşu binalarda yaşayır. Ümumiyyətlə, onlar hamısı yaxınlıqda yaşayır. Həmin sözü deyən seçici Rusiyaya gedib, onun xanımı isə iki uşağını da götürərək evi tərk edib və Bakıya gəlib. Bu fakt həmin şəxslərin izahatları ilə, həm də rəsmi dövlət orqanının – Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı orqanının rəsmi arayışı ilə təsdiq olunub. Biz bir neçə mənbədən təsdiqləmişik ki, haqqında bəhs olunan xanım dünyasını dəyişməyib. Burada seçici olan kişi “ölüb” deyir, məntəqə üzvü də haqlı olaraq deyir ki, “o, sənin üçün ölüb”, yəni, “sən onun əlindən acıqlısan, o sənin üçün ölüb”.

    MSK sədri Məzahir Pənahov seçkinin ən yaddan qalan hadisəsinin məhz bu olduğunu bildirib.

    MSK-nın iclasında 107 saylı Qazax seçki dairəsi üzrə namizəd olmuş Ramil Göyüşovun şikayətinə baxılıb. Məsələ barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, R.Göyüşov DSK-nın qərarından şikayət edib. Müzakirədən sonra bu seçki dairəsi üzrə 2 saylı məntəqədə seçkinin nəticələrinin etibarsız hesab edilməsinə dair qərar qəbul olunub.Publika.az
    loading...