Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • 07 Şub 2020, 19:38   
        329


    BAKI-XEBERTV.AZ
    Növbədənkənar illüziya

    Yoxsa gözlədiyimiz gələcək axır ki gələcək?!
    Sabah sükut günüdür. Bu, seçki gününün təyin edilməsindən səsvermənin nəticələri Konstitusiya Məhkəməsində "təsdiq" olunana qədər keçən müddətdə ən sevdiyim gün olacaq. Çünki çox danışdılar. Otto fon Bismarkın sözlətini xatırladım: “Müharibədən əvvəl, SEÇKİ VAXTI və ovdan sonra danışıldığı qədər YALAN heç vaxt danışılmır”. Deməli, əfsanəvi kanslerin zamanında da “seçki komediyası” olub. Məşhur kinokomediyada deyilən frazanı dəyişsək, elə danışmasalar yaxşıdır.

    Düzdür, namizədlərin videoreklamlarını saymasaq, burda kino yox idi. Ancaq komediya vardı. Ən əsas komediya parlamentin köhnə tərkibindən 82 "buraxılmış deputat"ın yenidən öz namizədliyini verməsi oldu. Hərçənd mən bunu Milli Məclisdə öz sözünü deyən 3-4 nəfərə - Vahid Əhmədova, Qənirə Paşayevaya, Əli Məsimliyə aid etmirəm (Bu adlarını çəkdiyim deputatlar gerçəkdən Milli Məclisdə olmağa haqqı və kompetensiyası çatan insanlardır, ancaq onlar da gərək “buraxılmaya səs verməyəydilər). Bir də əlavə axtarsaq, maksimum 1-2 nəfər də tapmaq olar bəlkə. Bu, mənim şəxsi fikirmdir, təbii ki subyektivdir.

    Bu tragikomediyanın əvvəli Milli Məclisin qəflətən özünü buraxmaq qərarına gəlməsi idisə, ardı kampaniya gedişində köhnə deputatların dairələrdə fitə basılıb qovulması oldu. Bəziləri də heç camaatın qarşısına çıxa bilmədi. Allah kəssin o mandatı ki, bu qədər insanın səni istəmədiyini bilə-bilə, üstəlik görə-görə və eşidə-eşidə alıb cibinə qoyacaqsan! Bu qədər ahı almaq, bu qədər günaha girmək, bu qədər təhqiri götürmək bir mandata dəyərdimi?! Bu mandat qovğası hətta bir qabdan yemək yemiş dostları, yumşaq desək, rəqib elədi (əgər düşmən etmədisə). Seçkinin bircə yaxşı tərəfi vardı; o da hamını bir-birinə, hamını hamıya tanıtması oldu. Kimin kim olduğu gün kimi ortaya çıxdı. Mandat uğruna hamı öz kartlarını açıb ortaya qoydu.

    Məndən bu seçki müddətində soruşdular ki, kimin deputat olmasını istəyirsən? Niyə heç kimə açıq dəstək vermirsən? İş ondadır ki, heç kimin belə deputat olmasını heç zaman istəmədim. Özüm də bir dəfə bunu yaşamış və dərs çıxarmışam; azad yarış olmayan yerdə kim hansı dairədən mandat alacaq, ya almayacaq - nə yazar?! Bütöv-bütöv partiya konstruksiyaları, lider obrazları, üfürülüb şişirdilmiş xarizmalar... bu seçki prosesində uçulub tökülmıdimi?! "Gənclərə meydan verilsin!" şüarının altında yenə də həmin "qosqoca"ların iddiaları meydan sulamadımı?! Yenə həmin komissiyalar, həmin yanaşmalar... Hər halda mən belə gördüm. Bu millətin çox kiçik bir ziyalısı kimi şəxsi mövqeyimi ifadə etmək ehtiyacı duydum. Köhnə təfəkkür sanki yenə də qalib gəldi. Bernard Şou gözəl deyib: “Siyasətçilərlə oğruların bircə fərqi var: birinciləri biz seçirik, ikincilər isə bizi seçir”. Bəs bu fərq də yoxdursa?! Bəs hər ikisi qurban olaraq bizi seçirsə?!

    İstərdim ki, fevralı 10-da qayıdıb bu yazdıqlarımın yanlış olduğunu görüm. Ancaq buna ümidim yox dərəcəsində azdır. Cəmi iki gündən sonra görəcəyik, "növbədənkənar xoşbəxtlik" bizə nəsib olur, yoxsa növbəti dəfə də “köhnələr” qalib gəlir! Əvvəldə də yazmışdım; bu ölkəyə çox yox, tək bir demokratik seçki lazımdır ki, xalq öz gələcəyinə kiminlə və necə gedəcəyini bilsin. Keçmiş keçmişdir, gələcək isə hələ gələcək. Biz axı hər şeyin daha yaxşısına layiqik. Elə deyil?!
    Bizimyol.info


    Bahəddin Həziyev
    loading...