Xəbər lenti
Axtar
29 Haz 2019, 20:03   
    991



İcra Hakimiyyətindən “aftafa” açıqlaması

Göyçay rayonunda xidmətçilərin aftafa ilə ağac suvarması sosial şəbəkələrdə qalmaqal yaratdı.
XEBERTV.AZ “Yeni Sabah”-a istinadən xəbər verir ki, Göyçay rayonunun mərkəzində, İcra hakimiyyətinin yaxınlığında yerləşdiyi iddia olunan parkda xidmətçilərin aftafa ilə ağacları suvarması narazılıq yaradıb. Belə ki, kənardan bu mənzərədəni lentə alan vətəndaş onları sərt şəkildə tənqid edərək bildirib ki, texnikalar olduğu halda, 21-ci əsrdə ağaclar aftafa ilə suvarılır.

Bu görüntülər isə sosial şəbəkələrdə minlərlə insan tərəfindən izləndi və yerli icra hakimiyyəti sərt şəkildə tənqidlərə məruz qaldı.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Göyçay rayon İcra hakimiyyətinin başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov bildirib ki, həmin görüntülərdə əks olunan qab aftafa deyil:

“Həmin qab aftafa deyil. Suvarma üçün nəzərdə tutulmuş qabdır. İcra hakimiyyətinin hər cür texnikası var. Hər cür imkanları var. Sadəcə olaraq kiçik ağacları su maşınları ilə suvaran zaman onların dibi yuyulur, bəzən qopur. Ona görə də bu qablar vasitəsilə suvarılır”.

Yayılan həmin görüntünü oxucularımıza təqdim edirik:

loading...