Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 04 Mar 2019, 20:41   
        994
    Uşaq pulunun bərpası üçün imzatoplama kampaniyasına başlanılıb

    Uşaq pulunun bərpası üçün imzatoplama kampaniyasına başlanılıb



    Əpoş Vəliyev
    Aylıq uşaq pulunun bərpası üçün imzatoplama kampaniyasına və petisiyaya başlanılıb. 500 imza toplandıqdan sonra ölkə başçısına müraciət olunacaq.
    XEBERTV.AZ xəbər verir ki, bu barədə bizimyol.info-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib. O, deyib ki, bütün qanuni yollardan istifadə etməklə uşaq pulu bərpa edilənə kimi mübarizə aparılacaq.

    “Bu günə olan son məlumata əsasən aylıq uşaq pulunun bərpası üçün müraciəti 212 imzalayıb. Onu da bildirim ki, imzatoplama kampaniyasına dünən başlanılıb”,- deyə Ə.Vəliyev bildirib. O, hər bir vətəndaşı aylıq uşaq pulunun bərpası üçün keçirilən imzatoplama kampaniyasına və petisiyaya qoşulmağa dəvət edib.

    Petisiyada mətnində qeyd olunub: “Dövlətin ən qiymətli sərvəti uşaqlardır. Ölkəmizdə uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək məsuliyyətli, mənəvi qüvvə və böyük xərc tələb edən bir işdir. Artıq uzun illərdir ki, ölkəmizdə aylıq “uşaq pulu” – dövlət tərəfindən verilən müavinət ləğv edilib. Bu qərar həm uşaqların say artımına, həm də sağlam qidalanmağına mənfi təsir göstərib. Buna səbəb isə heç şübhəsiz ki, uşaqların qida, ləvazimat və geyimlərinin çox baha olması, uşaqlar üçün tibbi sığortanın yox dərəcəsində olması, bağçalara, məktəblərə qəbul qaydalarının şəffaf olmaması, uşaq poliklinikalarında uşaqların qəbulunun və davamlı müayinəsinin pulsuz aparılmamasıdır.

    Biz valideynlər uşaq pulunun bərpasını tələb edirik. Dövlət öz vətəndaşına, gələcəyin əsgərinə sahib çıxmalı, qayğısına qalmalı və onun sağlam qidalandırılaraq böyüdülməsinə yardım etməlidir. Sağlam uşaq, gələcəyin güclü ordusu deməkdir. Vətəni qorumaq üçün sağlam və igid Azərbaycan əsgəri yetişdirən valideynlərə yardım edilməlidir”.

    XEBERT.AZ
    loading...