Xəbər lenti
Axtar
21 Şub 2019, 08:38   
    694
 Himnimizin qaydaları və qadağaları təsdiqləndi

Himnimizin qaydaları və qadağaları təsdiqləndi





Azərbaycanın Dövlət Himninə dair yeni tələblər təsdiq edilib.


Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsinə öz əksini tapıb.


XEBERTV.AZ xəbər verir ki, 9 maddədən ibarət olan yeni qanun layihəsi Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.


Qanun layihəsində müəyyən olunan tələblərə əsasən, Azərbaycan vətəndaşları Dövlət Himni ifa edilən zaman himnin mətninə uyğun ayaq üstə və sona qədər oxumalıdırlar (və ya Dövlət Himnini ayaq üstə və sona qədər dinləməlidirlər).


Dövlət Himni ifa edilən zaman Azərbaycan Dövlət bayrağı qaldırılarsa, (asılarsa) Azərbaycan vətəndaşları Dövlət bayrağına tərəf baxmalıdırlar.


Azərbaycan ərazisində olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Dövlət Himni ifa edilən zaman onu ayaq üstə və sona qədər dinləməlidirlər.


Xarici dövlətin ərazisində keçirilən təntənəli tədbirlər zamanı Dövlət Himninin ifa edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Dövlət Himninə dair məhdudiyyətlərə əsasən, himnin musiqisi musiqi əsərlərində istifadə edilə bilməz. Həmçinin qanun layihəsinə əsasən, Dövlət Himninin əcnəbi dillərdə ifa olunması qadağan edilir.


Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. (Trend)
loading...