Xəbər lenti
Axtar
21 Eki 2018, 21:06   
    1 120
Ələkbər Qubatov kimi sağlam əqidəli insanlara çox ehtiyacımız var!
Ələkbər Qubatov kimi sağlam əqidəli insanlara çox ehtiyacımız var!

Azərbaycan cəmiyyəti o zaman daha çox inkişaf edəcək ki, pedaqoji işçilərə, xüsusən də, iqtisadiyyatın bütün sahələrində çalışanlara bilik verən müəllimlərin nüfuzu və aylıq maaş dərəcələri, yəni maaşları artsın. Zirvəyə doğru addımlayan istənilən şəxs valideynlərinin və müəllimlərinin çəkdiyi əzab-əziyyəti unutmamalıdır.
Azərbaycan Dillər Universitetinin Alman Dili Kafedrasının sabiq müdiri, Professor Ələkbər Qubatov, həmin kafedranın baş müəllimi, dosent, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin Ağsaqqallar Şurasının üzvü,şair-tərcüməsi Yusif Savalan məhz bu cür insanlardandır.
Oktyabrın 20-də el ağsaqqalı, istedadlı tərcüməçi Ələkbər Qubatovun 80 yaşı tamam oldu. Biz, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bütün üzvləri adından dəyərli Ələkbər Qubatovu 80 illik yubileyi münasibətilə təbrik edir, Allahın verdiyi ömür payını sağlam canla yaşamasını arzulayırıq.
Var olsun, Ələkbər müəllimin gənc nəslin əsl mütəxəssis kimi yetişməsində çəkdiyi zəhməti itirməyən insanlar.
Əziz və hörmətli Ələkbər müəllim, 80 illik yubileyiniz mübarək olsun!
Səmimi hörmətlə,
Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri,
"Tərəqqi"medalının mükafatçısı, Qarabağ qazisi.
Bakı,20.10.2018.
loading...