Xəbər lenti
Axtar
25 May 2018, 16:06   
    837
Bakı-Sumqayıt yolu bağlanır - Video

Bakı-Sumqayıt yolu bağlanır - Video

Bakı-Sumqayıt yolundan istifadə edən sürücülər alternativ yollardan istifadə etməlidir. Çünki sabah gecədən etibarən Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından üzü Xırdalan dairəsi istiqamətinə qədər olan yolda hərəkət məhdudlaşdırlıacaq. Yola yeni asfalt-beton örtük vurulacaq. İşlərin qısa vaxt ərzində tamamlanması nəzərdə tutulub.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Xəzər Xəbər-ə bildirib ki, həmin istiqamətdə asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatında yenilənmə işləri aparılacaq. Yola yeni asflat-beton örtük vurulacaq.

Təmir işlərinin birinci mərhələsi avtomobil tunelinin çıxışından, yəni Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından dəmir yolu körpüsünədək olan hissəsini əhatə edəcək.

Sürücülərə isə Bakı Dairəvi-1 - Lökbatan-Xocahəsən, Binəqədi şosesi - Binəqədi-Biləcəri , Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat alternativ avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.

Anar Nəcəfli həmçinin onu da qeyd edib ki, sonrakı mərhələdə Xırdalan dairəsindən üzü ''VAZdairəsi'' adlanan hissəyə qədər yola yeni-asfalt beton örtüyün vurulması nəzərdə tutulub.



xezerxeber.az
loading...