Xəbər lenti
Axtar
05 May 2018, 23:57   
    852
BNA qəzalarda piyadaları bu yolla qoruyacaq - Foto


BNA qəzalarda piyadaları bu yolla qoruyacaq - Foto

Bakının mərkəzi küçə və prospektlərində piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə qoruyucu tumbaların quraşdırılmasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, birinci mərhələdə 10 min ədəd qoruyucu tumbaların quraşdırılması planlaşdırılıb. Qoruyucu tumbalar avtonəqliyyat vasitələrinin qəza zamanı səkilərə çıxmalarının qarşısını almaqla və səkilərdə park etmələrini əngəlləməklə piyadaların təhlükəsiz, rahat və fasiləsiz hərəkəti üçün imkan yaradacağı bildirilib.

İyunun 1-i tikinti-quraşdırma işlərinə başladılan tumbaların 50-si nümunə üçün Bülbül prospektində quraşdırılıb.
loading...