
Nazirlikdən dəhşətli yanğınla bağlı yeni - Açıqlama
METAK şirkətinin anbarında güclü yanğın baş verib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində, "Dərnəgül" metrostansiyasının yaxınlığında qeydə alınıb.
Əraziyə yanğınsöndürənlər cəlb edilib.
***
Bakı şəhəri, Binəqədi rayonunda zavod ərazisində təkər tullantıları yanır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.
Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
***
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakıdakı zavodda yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, iyunun 3-də Binəqədi rayonu, 7-ci mikrarayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.
ETSN-in əməkdaşları dərhal hadisə yerinə yollanıb, monitorinq və araşdırma işlərinə başanılıb. Mütəxəsssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.
Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.
***
Bakının Binəqədi rayonundakı Ağac Emalı Zavodunun ərazisində baş vermiş yanğın söndürülüb.
FHN-nin məlumatına görə, təxminən 500 m2 ərazidə işlənmiş avtomobil şinləri yanıb.
***
Fövqəladə Hallar Nazirliyi Bakı Ağac Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.
FHN-nin verdiyi məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 ha olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m2 sahədə yanıb. Avtomobil şinlərinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.