Xəbər lenti
Axtar
26 Nis 2018, 08:03   
    900
Bakıda yanğın: FHN insanları təxliyə etdi

Bakıda yaşayış binasında yanğın baş verib.

XEBERTV.AZ -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan ikiotaqlı mənzildə (yaşayış yoxdur) baş verib. Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
loading...