
Azərbaycanda güclü yağış: nəqliyyat iflic oldu - Foto
Goranboy rayonunda sel suları nəqliyyatın hərəkətində çətinliklər yaradıb.
XEBERTV.AZ Report-a istinadən xəbər verir ki, güclü yağış, əsasən Goran dairəsi adlanan ərazidən Naftalan, Tərtər, Bərdə və digər rayonlar istiqamətində olan yollarda problemə səbəb olub.
Yağışdan sonra Goran ərazisindəki körpünün ətrafında gediş-gəliş iflic olub. Bəzi sürücülər mühərrikin sıradan çıxmasından ehtiyatlanaraq, sel sularının olduğu yoldan geri qayıdaraq, alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar.
Rayon ərazisində güclü yağış 1 saata yaxın davam edib.
