Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • Pərvin Hüseynəliyevaya yeni vəzifə verildi
  • 25 Oca 2018, 04:14   
        846
    Krediti olan 14 min nəfərin ölkədən çıxışına — QADAĞA QOYULUB






    Ədliyyə Nazirliyində İcra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə 2017-ci ildə məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən İcra baş idarəsinin rəisi Nurəddin Mustafayev bildirib ki, 2017-ci ildə icrası təmin edilən işlərin sayı 60 faizə çataraq 415 mini ötüb, fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 562 milyon manatdan çox vəsait ödətdirilib. Bundan əlavə hesabat dövründə aliment işləri üzrə təqribən 125 milyon manatın tələbkarlara ödənilməsi təmin edilib. İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4 245 nəfər inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 2.878 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 391 şəxs barəsində cinayət işi başlanılıb.

    Həmçinin, 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, 3.410 nəfərin məhdudiyyəti isə məhkəmə qərarını icra etdiklərinə görə götürülüb.

    Qeyd olunub ki, belə məhdudlaşdırmanın olub-olmaması barədə vətəndaşlara elektron xidmət (http://exidmet.justice.gov.az/WebForms/VVA_13.aspx) göstərilir. Ötən il bu xidmətdən istifadənin sayı 66 faiz artaraq 1.3 milyona yaxın olub.

    FED.az//
    loading...