Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 18 Mar 2022, 22:42   
        372

    Mexaniki sayğaclar sərfiyyatı çox yazır?


    Ötən il 100-dən çox vətəndaş qazın sərfiyyatının çox olması şikayəti ilə “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentinə müraciət edib.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin növbəti “Açıq qapı” aksiyası zamanı Birliyin Metrologiya Departamentinin rəhbəri Zehin Rəsulov deyib.

    Departament rəisi bildirib ki, vətəndaşların və Departamentin nümayəndələrinin iştirakı ilə sayğaclar yoxlanılıb:

    “Hər birində qazın sərfiyyatı qaydaları çərçivəsində olub”.

    Aksiyada Birliyin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacların sonradan ödənişli (mexaniki) sayğaclarla əvəzlənməsi məsələsinə aydınlıq gətirib.

    Şöbə rəisi bildirib ki, qaz sayğaclarının 5 ili tamam olduqda sayğaclar mütləq qaydada çıxarılaraq dövlət yoxlamasına təqdim olunmalıdır:

    “Ölçmə vasitəsi olaraq qaz sayğacları müəyyən müddət işləndikdən sonra sözsüz ki, norma daxilində olan xətalar yaranır. Sözügedən norma daxilində olan bu xətalar artıq müəyyən uyğunsuzluqlar yaradır. Bizim də məqsədimiz balans mənsubiyyəti tərəfindən quraşdırılan ölçmə vasitəsini, yəni qaz sayğacının işlək və saz vəziyyətdə saxlanmasını təmin etməkdir”.

    Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev şəffaflığın qorunması, vətəndaşları narahat edən məsələlərə yerindəcə aydınlıq gətirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şöbə rəisi bildirib ki, bu gün Birlikdə baş tutacaq aksiya ilə vətəndaşların sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatı guya çox yazması ilə bağlı şikayətlərinə, iddialarına aydınlıq gətiriləcək:

    “Media və ictimaiyyət nümayəndələri, “Azəriqaz” İB yanında yaradılan İctimai Şura üzvləri, ekspertlər, “Azəriqaz” İB-nin rəhbər heyəti, QHT nümayəndələri və ən əsası abonentlərin iştirakı ilə onların sayğacları yoxlamadan keçiriləcək, hər hansısa qüsurun olub-olmaması aydınlaşdırılacaq”.
    loading...