Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • 08 Ara 2020, 19:35   
        948


    Kia şirkəti Ceed ailəsinin mühərrik çeşidini genişləndirib - FOTO

    Kia şirkəti Ceed ailəsinə daxil olan modellərin mühərrik çeşidini benzin və "mülayim" hibridlər ilə genişlənidirib. Artıq modelləri 1.5 T-GDi Smartstream mühərriki ilə də sifariş etmək olar - bu aqreqat elektrik əlavəsi ilə də əlçatandır. Avropalı müştərilər yeni modifikasiyaları artıq sifariş edə bilərlər.

    XEBERTV.AZ autograph.az-a istinadən bildirir ki, Avropada satılan Ceed ailəsi hetçbek, universal, ProCeed şutinq-breyki və XCeed krossoveri ilə təmsil olunur. 160 at qüvvəsi və 253 Nm fırlanma anı hasil edən, birbaşa yanacaq püskürdülməsinə malik olan 1.5 T-GDI Smartstream turbomühərriki GT-Line versiyası da daxil olmaqla, yuxarıda sayılan variantlar üçün əlçatan olub.

    Bu mühərrik, həm benzin modifikasiyasında, həm də "mülayim" EcoDynamics + hibrid variantında təklif olunur. Bu aqreqat, modelin mühərrik çeşidində köhnə 1,4-litrlik T-GDi aqreqatını əvəzləyəcəkdir. Güc qurğusu mexaniki bir transmissiya və ya iki muftalı yeddi pilləli 7DCT "robotu" ilə təchiz edilə bilər.

    Bütün Ceed ailəsi üçün nəzərdə tutulmuş "mülayim hibrid" robotlaşdırılmış transmissiya ilə təchiz olunacaqdır. Kia XCeed modelini isə həm də "ağıllı" iMT mexaniki ötürmələr qutusu ilə də sifariş etmək mümkündür.

    Mexanika transmissiya və 1,5 T-GDi mühərriki ilə təchiz olunmuş beşqapılı Ceed hetçbeki 100 km/saat həddinə 8,4 saniyəyə, "robot" ilə təchiz edilən variant isə 8.6 saniyəyə sürətlənir. Ceed Sportswagon və ProCeed modellərinin göstəricisi eynidir - 8,6 saniyə (mexaniki transmissiya) və ya 8.8 saniyə (7DCT "robotu"). Mexaniki ötürmələr qutusu və ya "robot" ilə təchiz edilmiş XCeed krossoveri bu işə müvafiq olaraq 9,0 və 9,2 saniyə sərf edir.

    Bundan əlavə, Ceed hetçbeki və universalını artıq 120 at qüvvəsinə sahib 1,0-litrlik T-GDi mühərrikinin əsasında yaradılmış "mülayim" hibrid güc qurğusu ilə sifariş etmək olar. Belə modifikasiyalar yalnız 7DCT "robotu" ilə təklif olunur. Ceed hetçbeki 100 km/saat həddinə 11,2 saniyəyə, Ceed Sportswagon universal isə 11,3 saniyəyə sürətlənir.

    Kia Ceed modeli yuxarıda sadalanan qurğulardan başqa, satış bazardan asılı olaraq, yenilənmiş 120 at qüvvəli 1.0 T-GDi mühərriki ilə təchiz edilir. Eyni zamanda, hetçbek, sedan və krossoveri 136 at qüvvəli dizel mühərrikinə əsaslanan "mülayim hibrid" sistemlə də sifariş etmək olar. Ən güclü 204 at qüvvəli 1,6-litrlik mühərrik Ceed GT və ProCeed GT modellərində, bəzi ölkələrdə isə XCeed krossoverində də quraşdırılır.



    loading...