Xəbər lenti
Axtar
14 May 2019, 07:50   
    905
"Xəzər" istehsalı 3 dəfə artırır

"Xəzər" istehsalı 3 dəfə artırır

2019-cu ildə "Xəzər" ("Khazar") avtomobillərinin istehsalının artırılması gözlənilir.

XEBERTV.AZ xəbər verir ki, bu barədə "Azərmaş" ASC məlumat yayıb.

Məlumata əsasən, müəssisədə "Pejo 206" və "Pejo 207" modellərinin istehsalını təşkil etmək planlaşdırılır.

İxraca gəldikdə isə qeyd olunub ki, hazırda Ukrayna və Rusiya ilə danışıqlar aparılır, prosesin yaxın aylarda təşkil olunacağı gözlənilir.

Şirkətdən bildirilib ki, 2019-cu ilin əvvəlindən 300 avtomobil satılıb. Ötən il mindən çox avtomobil istehsal olunub ki, onlardan 95 faizi satılıb.

Qeyd edək ki, "Xəzər" avtomobil zavodu Neftçala sənaye zonasında yerləşir. Zavodda istehsal olunan bütün avtomobillər "Avro-5" standartlarına uyğundur.Axar.az
loading...