Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 21 Nis 2023, 14:30   
        70
    Abşeronda Heydər Əliyevin 100 illiyi ilə bağlı konfrans - Foto



    Abşeronda Heydər Əliyevin 100 illiyi ilə bağlı konfrans - Foto

    Abşeron Rayon İcra Hakimiyyətinin və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

    XEBERTV.AZ xəbər verir ki, Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, YAP Abşeron Rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. Konfrans iştirakçıları öncə Ümummilli Liderin abidəsi önünə gül dəstəsi qoyub, xatirəsini böyük ehtiramla yad ediblər.

    Konfransı giriş sözü ilə açan Abdin Fərzəliyev qeyd edib ki, “Heydər Əliyev İli” çərçivəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, Abşeron rayonunda da Ümummilli Liderin əbədiyaşar xatirəsinə ithaf edilən çoxsaylı tədbirlər, konfranslar, görüşlər davamlı olaraq keçirilir:

    “Heydər Əliyev dövlətimizin və xalqımızın hər bir uğurunda, inkişafın hər bir məqamında, hər bir nailiyyətində minnətdarlıqla, sevgi ilə xatırlanır. Çünki onların hər birində Heydər Əliyev izləri, Heydər Əliyev töhfələri vardır. Bugünkü bütün nailiyyətlərimizin səbəbkarı da məhz Ümummilli Liderimizin əsasını qoyduğu siyasi kursdur. Qürurla yaşadığımız müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycan Heydər Əliyevin müəllifi olduğu məqsədyönlü və müdrik siyasət nəticəsində mövcud inkişafa nail olub və qarşıda bizi gözləyən daha böyük yüksəlişə də Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyev yolu ilə uğurla gedirik”.

    Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid Mayor Elşad Həsənovun həyat yoldaşı Oksana Həsənova, Vətən müharibəsi şəhidi Rauf İbadovun atası Məhərrəm İbadov və Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru Səlim Məmmədov Ümummilli Liderin Azərbaycanı tarixin bütün sınaqlarından üzüağ çıxarmasından, dövlətimizin inkişafı istiqamətində atdığı addımlardan danışıblar.





    Axar.az
    loading...