Azərbaycan Dövlət Uşaq Filarmoniyasında bayram tədbiri keçirilib

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında bayram tədbiri keçirilib
BAKI-XEBERTV.AZ
Azərbaycan Dövlət Uşaq Filarmoniyası uşaq və yeniyetmələrin istedadlarının üzə çıxarılmasında müstəsna rol oynayır. Filarmoniyanın direktoru Əməkdar İncəsənət xadimi, xanım Dilarə Əliyevadır. Filarmoniyanın nəzdində “Sədəf” Xalq Çalğı Alətləri ansamblı fəaliyyət göstərir. Bədii rəhbər istedadlı mədəniyyət işçisi xanım Qönçə Mehdiyeva, konsertmeystr Zəfər Hüseynov və Mətanət Məmmədova, müəllim Elbrus Niftəliyevdir.
Məlum olduğu kimi, Dövlət Başçısı İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2023-cü il Ölkəmizdə “Heydər Əliyev ili” kimi qeyd olunur. Martın 15-də Filarmoniyanın rəhbərliyinin tədbirlər planına uyğun olaraq Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Novruz bayramına həsr edilən musiqili tədbir keçirildi. Öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəq.sükutla yad edildi. Daha sonra “Sədəf” Xalq Çalğı Alətləri Ansamblının üzvləri tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış etdilər. Biz, qarmon ifaçıları-Maarif Rüstəmov, Nihad Əsədov, Ziya Əsədli, tar ifaçıları-Mehdi Sadıqzadə, Ayxan Bəlyarlı, Musa Səmədov, kamança ifaçıları-Aydan Əlizadə, Şəlalə Əsədli, Nigar Əlizadə, həmçinin, mahnı və muğamların mahir ifaçıları- Sevil Abdullayeva, Tofiq Quliyev, Yusif Sadıqov, Rübabə Əkbərovanın adlarını xüsusi olaraq qeyd etmək istərdik. Onların çıxışları tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılandı.
Bayram tədbirində həmçinin, rəssamların əl işlərindən ibarət sərgiyə baxış oldu.


Şamil Sabiroğlu,
Müharibə veteranı, jurnalist.
16.03.2023.
AZƏRBAYCAN RESPUBLIKASI
"XOCALI SOYQIRIMINI TANITMA" ictimai birliyi
tel: (+994 55) 860-48-34/070-547-04-08
e-mail: [email protected]