Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • 25 Ağu 2022, 08:29   
        238
    Abşeronda şəhid ailələri və qazilər üçün həyata keçirilən layihələr davam etdirlir

    Abşeronda şəhid ailələri və qazilər üçün həyata keçirilən layihələr davam etdirlir
    BAKI-XEBERTV.AZ
    Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Abşeronlu igidlərimizin ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılması, qarşılaşdıqları problemlərin aradan qaldırılması, müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir. Abşeron RİH-nin və Naftalan ŞİH-nin birgə təşəbbüsünün davamı olaraq abşeronlu şəhid ailələrindən və qazilərimizdən ibarət növbəti 15 ailə (13 şəhid ailəsi, 2 qazi) istirahət və reabilitasiya üçün Naftalan şəhərinə yola salınıb. Yola salma zamanı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri və qazilərlə görüşüb. RİH başçısı bildirib ki, Abşeronlu şəhid ailələrinin və qazilərin ölkəmizin səfalı yerlərində istirahəti təşkil olunması artrıq ənənə hal alıb və bu layihə bundan sonra da davam etdiriləcək.
    Bildirilib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə şəhidlərimizin xatirəsi daima əziz tutulacaq və onların adlarının yaşadılması, əbədiləşdirilməsi istiqamətində addımlar atılır və bundan sonra da lazimi işlər görüləcəkdir. Hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda böyük və surətli yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirildiyi, şəhərlərimizin, kəndlərimizin yenidən qurulduğunu qeyd edilib.
    Tədbirdən sonra xatirə şəkili çəkilib və şəhid ailələri və qazilər yola salınıb.

    ***
    Naftalan şəhərindən olan bir qrup şəhid ailəsi və qazi istirahət və reabilitasiya keçmək məqsədi ilə Abşeron rayonuna gəliblər. Abşeron RİH-nin və Naftalan ŞİH-nin birgə təşəbbüsü çərçivəsində gələn qonaqlar II Fəxri Xiyabanı və Xırdalan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canlarından keçən igid oğlanlarımızın ruhlarına dualar oxuyub, xatirələrini ehtiramla yad ediblər.
    Daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeronlu və Naftalanlı şəhid ailələrinin görüşü keçirilib. Görüşdə Abşeron RİH başçısı Abdin Fərzəliyev, Naftalan ŞİH-nin əməkdaşı Afət Mustafayeva, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, şəhid ailələri və qazilər iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək xatirəsini ehtiramla yad ediblər.
    Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək cəmiyyətimizdə şəhid ailələrinə və qazilərə böyük hörmətin, məhəbbətin bəslənildiyini, onlara dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini qeyd edib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşən və xalqımızın qələbə qazanmasında canından keçən şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif layihələr icra olunur. Şəhid ailələrinin qarşılıqlı əlaqələrinin qurulmasının, onların bir-birini tanımasının müsbət addım olduğu qeyd edilərək qarşılıqlı səfərlərin bundan sonra da təşkil olunacağı vurğulanıb.
    Daha sonra YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Naftalan ŞİH-nin əməkdaşı Afət Mustafayeva, din xadimi Hacı Rasim Xudaverdiyev, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, qazi Vasif Allahverdiyev, şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, şəhid Bəhruz Quliyevin anası Mötəbər Quliyeva çıxış edərək ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından, şəhid ailələrinin istirahəti və reabilitasiyası üçün həyata keçirilən layihənin əhəmiyyətindən danışıb, bundan sonra da daima “Dəmir yumruq” ətrafında birləşərək vətənimizin gələcəyi, inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.
    Şəhid ailələri və qazilər onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib və buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
    Daha sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə vətənə, qələbəyə həsr olunmuş konsert proqramı təqdim olunub.
    Sonda abşeronlu şəhid ailələri adından Naftalan şəhərindən gələn şəhid ailələrinə və qazilərə hədiyyələr təqdim olunub.
    Növbəti gün qonaqlar Abşeron rayonunun Məmmədli kəndinin ərazisində yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olub, burada yaradılan şəraitlə tanış olublar, həmçinin qazilər üçün qoruğun ərazisində skuter səyahəti təşkil edilib.







    /absheron-ih.gov.az/
    loading...