Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin nümayəndə heyəti Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət etdi

Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin nümayəndə heyəti Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət etdi
BAKI-XEBERTV.AZ
Bu gün Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri f.ü.f.d., dos. Səkinə Bayramova, sədrin l müavini f.ü.f.d., dos.Yeganə Qəhrəmanova başda olmaqla birlik rəhbərliyi və bir qrup nümayəndə heyəti iki dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş Həzi Aslanovun məzarını ziyarət etdi. Ziyarət zamanı Azərbaycan xalqının Böyük Vətən müharibəsində şəhid olan oğul və qızlarının xatirəsi anıldı, ruhlarına fatihə oxundu. Ziyarətçilər alman faşizminə qarşı mübarizədə qələbənin əldə olunmasında Azərbaycan xalqının yaxından iştirakını xüsusi vurğuladılar. Bildirildi ki, müharibə boyunca istifadə olunan neftin 80 faizdən çoxunun ölkəmizin payına düşməsi, azərbaycanlılardan ibarət diviziya heyətinin müharibənin gedişində böyük qəhrəmanlıqlar göstərməsi, ön və arxa cəbhə insanlarının fədakarlığı müharibənin gedişində əhəmiyyətli dönüş və zəfər əldə edilməsində böyük rol oynamışdır.
Azərbaycan xalqı bu müharibədə 400 mindən artıq oğul və qızını itirmiş, on minlərlə həmvətənimiz yaralanmış, əlil olmuşdur.
Faşizm üzərində qələbənin ildönümü günündə Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi müharibə qurbanlarımızı dərin hüznlə yad edir, hər birinə uca Allahdan rəhmət diləyir.


Rasafil Bayramov
"İctimai Xəbər Agentliyi"nin və AtaTV Xəbər Portalının baş direktoru,
ATXQ İB-nin Mətbuat Xidmətinin rəhbəri