
Xaçmaz rayon MKS-nin Palçıq-oba kənd kitabxana filialı virtual oxucu sorğularına əsasən növbəti onlayn tədbir keçirdi.
XEBERTV.AZ xəbər verir ki, 21.08.2020-ci il tarixində Xaçmaz rayon MKS-nin Palçıq-oba kənd kitabxana filialı virtual oxucu sorğularına əsasən "Uşaq Ədəbiyyatı" mövzusunda növbəti onlayn tədbir keçirdi. Kitabxana filialının müdiri Kərimova Sədaqət oxuculara uşaq ədəbiyyatı haqqında məlumat verdi. O,bildirdi ki Ümumi ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi, onun spesifik bir qolu olan uşaq ədəbiyyatı söz sənətinin strateji, əhəmiyyət kəsb edən bir sahəsidir. Uşaq vaxtı gözəl şeirlər, hekayələr, nağıllar oxuya - oxuya ədəbi zövqü formalaşır,ürəyində mütaliəyə həvəs, ehtiyac oyanır. Tədbirdə kitabxananın müdiri tövsiyyə olunan kitablar haqqında məlumat verdi. Tövsiyyə olunan kitabların intrernet məkanlarında ünvanları oxuculara çatdırıldı. İştirakçılar onları maraqlandıran ədəbiyyat haqqında məlumat əldə etdiklərinə görə təşəkkürlərini bildirdilər.





Sevda İsmailova