Xəbər lenti
Axtar
08 Ağu 2020, 10:51   
    181



Xaçmaz rayon MKS-nin Hacıqurbanoba kənd kitabxana filialı onlayn tədbir keçirdi.

XEBERTV.AZ xəbər verir ki, 07.08.2020-ci il tarixində Xaçmaz rayon MKS-nin Hacıqurbanoba kənd kitabxana filialı virtual oxucu sorğularına əsasən Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş onlayn tədbir keçirdi. Tədbirdə filialın kitabxanaçısı Arzumanova Samirə çıxış edərək şair haqqında məlumat verərək bildirdi ki,Cəfər Cabbarlı 20 mart 1899-cu ildə Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində anadan olmuşdur. Cəfər Cabbarlı XX əsr Azərbaycan Ədəbiyyatının ən görkəmli klassiklərindən biridir. O, dramaturgiyanın sadəcə davamçısı, varisi olmamış, eyni zamanda onu inkişaf etdirərək, zənginləşdirərək yeni mərhələyə yüksəltmişdir.Cəfər Cabbarlının səhnə əsərləri, tarixi dramları onilliklər boyu böyük bir nəslin vətənpərvərlik məktəbi olmuşdur. Peşəkar teatrın püxtələşməsində yeni aktyor nəslinin yetişməsində əhəmiyyətli rol oynayan"Vəfalı Səriyyə"," Ulduz ", " Aydın ", "Oqtay Eloğlu " və başqa pyesləri bu gündə aktuallığını qoruyur. Qüdrətli sənətkar fikir tariximizdə həm də şair kimi tanınır. "Ana","Bahar","Ey dan ulduzu","Əsrimizin qəhramanları"," Unudulmaz yara " şeirləri, " Qız qalası " poeması," Aslan və Fərhad " , " Papaq " , " Çocuq " və başqa hekayələrin müəllifidir.Tədbirdə kitabxanaçı şairin seçilmiş əsərləri kitabını uşaqlara tövsiyə etdi. Tədbir əsnasında tövsiyə olunan şairin kitablarını internet məkanında linkləri oxuculara çatdırıldı. Sonda iştirakçılar onları maraqlandıran şair, dramaturq Cəfər Cabbarlı haqqında məlumat əldə etdikləri üçün filialın kitabxanaçısına öz təşəkkürlərini bildirdilər və növbəti görüş üçün ədəbiyyat siyahısını kitabxanaçıya təqdim etdilər.Onlayn tədbirdə kiçik yaşlı oxucular iştirak etdi.




Sevda İsmailova
loading...