Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 24 Şub 2020, 20:11   
        628


    Suraxanıda Xocalı soyqırımının 28-ci ildönümü qeyd edilib

    Surxanı Rayon İcra Hakimiyyətinin və 327 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş ümumrayon tədbirinin iştirakçıları əvvəlcə Xocalı faciəsinə həsr olunmuş “Xocalı soyqırımı uşaqların gözü ilə” adlı sərgi ilə tanış olublar.

    XEBERTV.AZ xəbər verir ki, məktəbin akt zalında keçirilən tədbirdə Dövlət himni səsləndirildikdən sonra Xocalı soyqırımının, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd edib ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Xalqımız bu böyük faciəni, insanlığa və bəşəriyyətə qarşı ən qanlı cinayətlərdən olan Xocalı soyqırımını dərin hüznlə yad edir. Bu faciəyə siyasi qiymət vermək yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

    Əziz Əzizov bildirib ki, Prezident İlham Əliyev Ermənistanın dinc Azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl iş aparır.

    Rayon rəhbəri vurğulayıb ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

    Tədbirdə rayonda məskunlaşmış Xocalı şəhər sakini, soyqırım nəticəsində yaxınlarını itirmiş Xəlil Vəliyev çıxış edib.

    327 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

    Rayonda məskunlaşmış Xocalı ailələrinə humanitar yardım göstərilib."Qafqazinfo"



    loading...