Xəbər lenti
Axtar
Ən çox oxunan
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib
  • Yağış, qar yağacaq, 8 dərəcə şaxta olacaq
  • Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir
  • Dünya yaranan gündən can alan Əzrailin ürəyi yandığı yeganə 2 şəxs kim idi?…
  • “Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
  • Günəş sisteminin əsas sirri açılıb
  • Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə
  • Sahil Babayev: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"
  • İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb
  • Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
  • “WhatsApp”ı hansı ölkələrdə qadağan ediblər...
  • İranın vurduğu ABŞ bazasının görüntüləri - Foto/Video
  • Günün ulduz falı: 12 yanvar, 2020
  • Ukrayna mülki təyyarəsini vuran iranlı komandir danışdı : "Xəbəri ilk eşitdiyimdə ölmək istədim"
  • Cinsi zəifliyi aradan qaldıran ballı banan resepti
  • Dünya İrana qarşı AYAĞA QALXDI - BÖYÜK ŞOK
  • İran etiraf etdi: Təyyarəni biz vurmuşuq, amma...
  • Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, 2 dərəcə şaxta, qar yağacaq... - RƏSMİ
  • İşdən çıxarılan rəis şəhərdə şəxsi radar qoyubmuş – Sensasiya
  • Minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev mühüm sərəncam imzaladı
  • Edam üçün imza toplanır, məşhurlarımız da işə qarışdı - Ölüm hökmü bərpa oluna bilər?
  • Tehranda qəzaya uğrayan təyyarə ilə bağlı YENİ MƏLUMAT
  • Təyyarə rus raketi ilə vurulub? - Zelenskidən təlimat
  • İranda dəhşətli təyyarə qəzası: 179 nəfər öldü - Anbaan video
  • 20 Ara 2019, 15:39   
        210


    BAKI-XEBERTV.AZ
    Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

    Yubiley tədbirində kollecin rəhbərliyi, tələbə-müəllim heyəti ilə yanaşı Abşeron RİH-nin əməkdaşları və Rayon Gənclər İdman İdarəsinin rəisi iştirak edib.
    Tədbiri giriş sözü ilə açan ədəbiyyat müəllimi Pərvin Məmmədli 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu və dahi şairin 650 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini qeyd edib. O bildirib ki, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.

    Sonra tərbiyə işləri üzrə direktor müavini Gülnarə Həsənova Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərin, təqdimatların keçirilməsinin, şairin ədəbi irsinin yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

    Qeyd edilib ki, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü irəli sürüb. Bu genişmiqyaslı kampaniya respublikada böyük rəğbətlə qarşılanıb. Aksiya çərçivəsində Abşeron rayonunda da 22 min ağac əkilib.

    Daha sonra mütəfəkkirin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

    Tədbirdə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri böyük şairin qəzəllərini, Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin özfəaliyyət kollektivinin üzvləri Nəsiminin qəzəlləri üstə muğam parçaları ifa ediblər.










    absheron.info.az
    loading...