Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • 30 Eki 2019, 18:36   
        133


    Xaçmaz rayon Mərkəzi Kitabxanasının oxu zalında “Narkomaniya insanlığın bəlasıdır ” adlı tədbir keçirildi.


    XEBERTV.AZ xəbər verir ki, 30 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayon Mərkəzi Kitabxanasının oxu zalında “Narkomaniya insanlığın bəlasıdır ” adlı tədbir keçirildi.Tədbirdə Mərkəzi xəstəxananın baş narkoloqu Ağakərim Muradxanov, Təhsil şöbəsinin əməkdaşı İmran Müseyibov,İdman və Gənclər idarəsinin əməkdaşları ,Uşaq incəsaənət məktəbinin direktoru Telnaz Adıgözəlova,təqaüdçü müəllim Tahir Musayev ,3 saylı məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.Tədbiri giriş sözü ilə mərkəzi kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov açaraq müasir dövrdə ən aktual mövzuya,problemə çevrilən narkomaniya,onun törətdiyi fəsadlar, yeniyetmələr və bu istiqamətdə aparılan işlərdən danışdı.Xəstəxanın baş norkoloqu Ağakərim Muradxanov öz çıxışında qeyd etdi ki, hər bir uşaq,yeniyetmə mövcud cəmiyyətdə müəyyən təsir altında olur.Gənclər baş vərən hər bir yeniliyə daha tez alışır və onu öz həyatında tətbiq etməyə çalışırlar.Lakin bəzi hallarda yeniyetmələr mənfi təsirlərə meyl edirlkər ki,buda onların gələcək inkişafını təhlükə altında qoyur.Narkomaniyaya meyl də məhz belə mənfi təsirlərdəndir.Onların narkotiklərdən uzaqlaşdırılması cəmiyyətdə hər kəsin borcudur.Gənclər arasında sağlam həyat tərzinin tətbiq olunması ,narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə cəlb etmək hər birimizin borcdur.Tədbirdə çıxış edən İ.Müseyibov öz çıxışında qeyd etdi ki, narkotiklə mübarizə dünyanı düşündürən ən aktual məsələlərdən biridir.Azərbaycanda narkomaniya ilə mübarizə , qanunsuz narkotik dövriyyəsinin və narkotikdən istifadə hallarının qarşısını alınması daim aidiyyatı dövlət qurumlarının diqqət mərkəzindədir.Belə ki,narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi narkomanlığın yayılması ilə mübarizə sahəsində münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin qanun,fərman və sərəncamları və “Narkotik,narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illər Dövlət Proqramı “buna bariz sübutdur.Təqaüdçü müəllim Tahir Musayev öz çıxışında qeyd etdi ki,bəşəri bəla olan narkomaniya ilə mübarizədə ictimaiyyət nümayəndələrinin, ağsaqqalların,əhalinin bütün təbəqələrinin birgə mübarizəsi çox böyük əhəmiyyət daşıyır.Başqa sözlə narkomaniyaya qarşı mübarizə ümumxalq işi olmalıdır.Yalnız bu halda biz gələcəyimizi bu bəladan qurtara bilərik. Tədbirin sonunda “Narkomaniya insanlığın bəlasıdır” adlı kitab sərgisinə və Uşaq İncəsənət məktəbinin şagirdlərinin narkomaniyaya dair əl işlərinə baxış keçirildi.

    Hazırladı-Sevda İsmailova



    loading...