Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
  • "Ərdoğanla Putin 120 saatdan sonrakı prosesi danışacaq"
  • Ərdoğan: "İkinci günə kimi oradan uzaqlaşmasanız, başınızı əzəcəyik!"
  • Yəhudilər Türkiyəyə dəstək nümayişi keçirdi - Rəsulzadədən sitat gətirdilər - VİDEO
  • Ərdoğandan dünyaya TARİXİ MESAJ: Artıq qəbul etməlidirlər
  • Yerə nəhəng asteroid yaxınlaşır
  • ABŞ-dan gələn müxbir Ərdoğana sual verir:
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • 01 Eki 2019, 08:22   
        68


    BAKI-XEBERTV.AZ
    Şamil Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ön cəbhədə zabit və əsgərlərlə görüşüb!

    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri,“Tərəqqi”medalının və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalının mükafatçısı, müharibə veteranı, jurnalist Şamil Sabiroğlunun ictimai fəallığı çoxlarına yaxşı məlumdur. Son 4 il ərzində dövlətin maliyyə dəstəyi olmadan fəaliyyət göstərən ictimai birliyin uğurları göz önündədir. Birliyin fəalları Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmovla birgə milli vətənpərvərliyin gücləndirilməsi istiqamətində maraqlı tədbirlər keçirirlər. Sentyabrın 27-də “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin yaradılmasının 12-ci ildönümü tamam oldu. Təşkilatın sədri Ş.Sabiroğlunun müraciətinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi vətənpərvər insanların Qərb bölgəsindəki hərbi hissələrdən birində maraqlı ədəbi-bədii gecə keçirmələrinə razılıq verdi. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayevin tapşırığına əsasən Birlik fəallarının cəhbə bölgələrinə gedib-qayıtmaları üçün “Sprinter” markalı avtomaşın ayrıldı.
    Ş.Sabiroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 28-də cəbhə bölgəsinə yollandı. Vətənpərvər insanları yola salanların arasında QHT fəalları da vardı.Tədbiri Birliyin Kütləvi Tədbirlər şöbəsinin rəhbəri, aparıcı və müğənni İslam Ələsgərli açdı. Ulu Öndər Heydər Əliyev və Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəq. sükutla yad edildi.
    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Ş.Sabiroğlu tədbir iştirakçılarını salamladı. Ş.Sabiroğlu qeyd etdi ki, Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyev və Prezident Administrasiyasının rəhbərliyi ordu quruculuğuna çox ciddi fikir verirlər. General-polkovnik Zakir Həsənovun rəhbərliyi altında Silahlı Qüvvələrdə aparılan islahatlar göz qabağındadır. Artıq inkişaf etmiş ölkələrdə də təsdiq edirlər ki, II Qarabağ savaşı başlasa, Azərbaycan tərəf qalib gələcək. Şamil müəllim gələn qonaqları “N”saylı hərbi hissənin rəhbərliyinə təqdim etdi.
    Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov Şamil Sabiroğlunun rəhbərliyi altında hər ay bir hərbi hissədə tədbir keçirildiyini xüsusi vurğuladı. “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin Nizami rayon Filialının sədri, Vətən müharibəsi veteranı Məhi Mehdiyev, həmin Təşkilatın Nizami rayon Filialının sədr müavini, Vətən müharibəsi veteranı İzzət Şirinov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədr müavini xanım Dilbər Sultanova, “Space” Müstəqil Tele-Radio Şirkətinin və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı xanım Türkanə Səfərova, “uğurmedia.az” saytının təsisçi və baş redaktoru Tərlan Abbasov, Bakı Dövlət Universitetinin I kurs tələbəsi Mətin Abdullasoy ön xətdəki “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşdən hədsiz məmnun olduqlarını qeyd etdilər. Dilbər xanım bildirdi ki, məhz buna görə də yeganə qız övladı Fidanın ön xətdə xidmət edən kapitan Səxavət Allahverdiyevlə ailə həyatı qurmasına etiraz etməyib.
    Bakının Xətai rayonundakı 95 nömrəli məktəbin 3 c sinif şagirdlərinin(sinif rəhbəri Ofelya Babayeva) və Sabunçu rayonundakı 67 nömrəli məktəbin azyaşlı şagirlərinin ( sinif rəhbəri: Təranə Əlisoy) öz xətlərilə yazdıqları məktublar hərbi hissənin bir qrup zabit və əsgərinə təqdim olundu. Məktubları oxuyan zabit və əsgərlərin sevincdən gözləri yaşarmışdı.
    İstedadlı müğənni İslam Ələsgərli və gənc ifaçı Sevinc Nəsirova Vətənə, torpağa və Orduya həsr edilən mahnıları oxudular. Hər iki ifaçının çıxışları çox maraqla qarşılandı.












    Türkanə Səfərova,
    Şamilə Şamil qızı,
    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin
    İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşları.
    “N” hərbi hissəsi, 28.09.2019.
    loading...