Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 15 May 2019, 20:09   
        169
    Şamil Sabiroğlu: “Müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazın parlayan ulduzudur!”

    Şamil Sabiroğlu: “Müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazın parlayan ulduzudur!”

    “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondu, “Qürur” Şəhid Ailələri Xeyriyyə ictimai birliyi, “Sosial Rifah və Tədqiqatlar”ictimai birliyi və Mübariz İbrahimov adına “Qəhrəmanlıq salnaməsi” MMC-nin birgə təşkilatçılkığı ilə 15 iyun-Milli Qurtuluş gününə həsr edilən tədbir keçirildi.Tədbiri “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Qadınlar Şurasının sədri xanım Ayna Allahyarqızı açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Ulu Öndər Heydər Əliyev və Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Heydər Əliyevin ömür yolundan bəhs edən videoçarx nümayiş edildi.
    “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, bölgədə baş verən faciələr, o cümlədən, Qarabağ faciəsi və Xocalı soyqırımı haqda məlumat verdi. Şamil müəllim qeyd etdi ki, 1989-1990-cı illərdə istər Cənub, istərsə də Şimal qonşularımız Azərbaycanın bir neçə yerə parçalanması üçün bütün zəruri tədbirləri görmüşdülər. 1993-cü ilin 4 iyun qiyamı məhz həmin parçalanmanın işartılarından idi. Sabiq Dövlət Başçısı Əbülfəz Elçibəyin uzaqgörən siyasəti nəticəsində Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət olundu.Danışıqlar nəticəsində və xalqın böyük əksəriyyətinin razılığına əsasən Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, eyni zamanda, Respublika Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. 1993-cü il oktyabrın 3-də keçirilən Prezident seçkiləri zamanı H.Əliyev Azərbaycanın Dövlət Başçısı seçildi. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Heydər Əliyev istər daxili, istərsə də xarici siyasəti düzgün istiqamətləndirdi.
    Ş.Sabiroğlu daha sonra dedi: Müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazın parlayan ulduzudur! Fəxr edirəm ki, mən, müstəqil Azərbaycan Respublikasının vətəndaşıyam! Sonda natiq tədbirin baş tutması üçün zəruri dəstək göstərən hər bir şəxsə, xüsusən, Binəqədi rayon İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarına, habelə, “BM Group Prodakşn”ın direktoru Bəhruz Cəbiyevə, həmin Prodakşnın əməkdaşı, “Atatürklə Heydər Ata” mahnısını təmənnasız oranjiman edən Ceyhun müəllimə 5 QHT rəhbəri adından təşəkkür etdi.
    Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri Cəmiyyəti Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbov, Respublika Şəhid Ailələrinə Qayğı ictimai birliyinin sədri Müşfiq Əliyev, “Qürur” Şəhid Ailələri Xeyriyyə ictimai birliyinin sədri, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı Naibə Behbudova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, II dərəcəli müharibə əlili Hacı Zahid Qarayev və başqaları Heydər Əliyevin Vətən qarşısındakı müstəsna xidmətlərini qeyd etdilər. Binəqədi rayonundakı 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev milli vətənpərvərlik ruhunda təşkil olunan tədbirlərin əhəmiyyətini qeyd etdi. Bəhram müəllim bildirdi ki, jurnalist Şamil Sabiroğlunu uzun illərdir tanıyır, onun Vətən qarşısında xidmətləri böyükdür. Bəhram Şiriyev Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadiyyatın daha da gücləndirilməsini, ordu quruculuğuna mühüm əhəmiyyət verilməsini xüsusi qeyd etdi.
    Daha sonra icəsənət ustaları maraqlı proqramla çıxış etdilər. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, sevilən müğənni və aparıcı İslam Ələsgərli, bəstəkar Yaqut Almaz, Günel Qarabağlı, şairə Səadət İbrahimli, müğənnilər-Hüseyn Əlizamanov, Nizami Xocavəndli, Sevda Mustafayeva, bədii qiraətçi xanım Amilə Abidinova və başqaları Vətənə, torpağa, Ulu Öndər Heydər Əliyevə həsr edilən şeir və mahnıları ifa etdilər.

    Şamil Sabiroğlu: “Müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazın parlayan ulduzudur!”
    Şamil Sabiroğlu: “Müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazın parlayan ulduzudur!”
    Şamil Sabiroğlu: “Müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazın parlayan ulduzudur!”
    Şamil Sabiroğlu: “Müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazın parlayan ulduzudur!”
    Şamil Sabiroğlu: “Müstəqil Azərbaycan Respublikası Cənubi Qafqazın parlayan ulduzudur!”
    Şamilə Şamilqızı,
    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
    Universitetinin III kurs tələbəsi.
    Bakı, 15.06.2019.
    loading...