
Xaçmaz rayon Mərkəzi kitabxanasında “31 mart –Azərbaycanlıların soyqırım günüdür” adlı mütaliə günü keçirildi.
BAKI-XEBERTV.AZ
29 mart 2019-cu il tarixində Xaçmaz rayon Mərkəzi kitabxanasında “31 mart –Azərbaycanlıların soyqırım günüdür” adlı mütaliə günü keçirildi.Tədbir iştirakçılarına Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş soyqırım haqqında geniş məlumat verildi.Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 101 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnmişdir. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olmuşdur. 1918-ci il iyulun 15-də Azərbaycan Parlamenti 31 mart tarixinin –azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də müstəqillik dövründə tarixi sənədlər əsasınsa 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılmışdır.1998-ci il martın 26-da Ulu öndərimiz Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalanmışdır. Həmin gündən başlayaraq 31 mart tarixi Azərbycanlıların Soyqırımı Günü kimi qeyd olunur.


Sevda İsmailova