
Xaçmaz rayon kitabxanasının oxu zalında "20 Yanvar qürur və zəfər günümüzdür" adlı anım günü və kitab sərgisi təşkil olunmuşdur.
XEBERTV.AZ xəbər verir ki, 18 yanvar 2019-cu il tarixində Xaçmaz rayon kitabxanasının oxu zalında "20 Yanvar qürur və zəfər günümüzdür" adlı anım günü və kitab sərgisi təşkil olunmuşdur. Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbiri giriş nitqi ilə MKS-in direktoru A.Əlifxanov açdı.Məlumat vererek bildirdi ki, 20 yanvar hadisələri 20-ci əsrin ən faciəli günlərindən biri,eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi tarixə daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.Təpədən dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş,əksinə, haqq səsini daha ucadan bəyan etmişdi.Düz 29 il əvvəl doğma yurdunun,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasına dərin nifrətini bildirir.MKS-in direktor müavini B.Məmmədov, Metodika və biblioqrafiya şöbəsinin müdiri Z.Məmmədov, baş bibloqraf M.Xankişiyeva öz çıxışlarında 20 Yanvar hadisələrini keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğının mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü və qətliamı olduğunu söylədilər.Azərbaycan xalqının hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad etməsindən və əsrlər keçsə də unudulmayacağından söz açdılar.İnformasiya-resurs şöbəsinin proqramçısı R.Feyzullayeva 20 Yanvar hadisələrini əks etdirən film nümayiş etdirdi.Tədbirdə “20 Yanvar zəfər və qürur günümüzdür” başlıqlı sərgiyə baxış keçirildi.





Ismailova Sevda