Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İsmayılovlar erməni casusun "qolları arasında" - Foto
  • Ailə qurarkən ən əsas amil - əqidə və dünyagörüşü ümumiliyidir
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • 05 Oca 2019, 22:21   
        161
    Türkiyəli nazir Qarabağ qaziləri ilə görüşdü - FOTO

    Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının
    nümayəndələri və milli komandanın üzvləri qardaş ölkənin Daxili İşlər naziri Süleyman Soylu ilə
    görüşüblər.
    XEBERTV.AZ xəbər verir ki, görüşdə S.Soylu Azərbaycanın və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu
    vurğulayaraq, qardaş ölkələrimizin müstəqilliyinə, azadlığına və iqtisadi inkişafına mane olmaq istəyən
    qüvvələrin öz məkrli niyyətlərini həyata keçirməyə can atdıqlarını bildirib. Vurğulayıb ki, buna görə də
    qardaş ölkələrimiz inkişaf etməli, öz güclərini artırmalıdırlar. Türkiyə ilə Azərbaycan arasındakı
    münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayan nazir bütün sahələrdə səmərəli əməkdaşlığın
    gündən-günə inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
    Qardaş Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və idmançıları ilə
    görüşdən məmnunluğunu ifadə edən nazir Süleyman Soylu onların qələbə əzmini yüksək qiymətləndirərək
    deyib: “Futbol təkcə ayaqla deyil, ürəklə oynanılır. Siz də futbolu ürəklə oynayırsınız. Buna görə də Allah
    sizdən razı olsun”.
    Söhbət zamanı “Qarabağ qaziləri” amputant futbol federasiyasının prezidenti Rövşən Akifoğlu səfərin
    təşkilinə və görüşə görə qardaş Türkiyəyə minnətdarlığını bildirərək, səfər barədə məlumat verib.
    “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Türkiyə
    Respublikasının banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtqəbiri də ziyarət
    ediblər.
    Xatırladaq ki, komandamız səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri”
    amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.
    Oyundan əvvəl Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın
    futbolçuları ilə görüşüb.
    Türkiyəli nazir Qarabağ qaziləri ilə görüşdü - FOTO
    Türkiyəli nazir Qarabağ qaziləri ilə görüşdü - FOTO
    Publika.az
    loading...