Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 05 Eki 2018, 03:07   
        518
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında Müəllim gününə həsr edilmiş “Şərəfli ömür yaşayanlar” adlı tədbir keçirildi.

    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında Müəllim gününə həsr edilmiş “Şərəfli ömür yaşayanlar” adlı tədbir keçirildi.


    5 oktyabr 2018-ci il tarixində Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında Müəllim gününə həsr edilmiş “Şərəfli ömür yaşayanlar” adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru A.Əlifxanov açdı. Azərbaycanda elmin, təhsilin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, ölkəmizə rəhbərliyinin bütün dövrlərində təhsil sahəsinə öz diqqət və qayğısını əsirgəməmişdir. “Təhsil- xalqımızın bu günü,millətimizin,dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir-deyən ümumilli lider ardıcıl olaraq Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən fərman, sərəncamlar imzalamışdır. Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan prezidenti cənab İlham Əliyev 24 oktyabr 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası” haqqında sərəncam imzalamışdır. Sərəncamdan ötən illər ərzində Azərbaycan təhsilinin inkişafı , dövlət standartları yaradılması bu illərin nailiyyətidir. Tədbirdə çıxış edən 6 saylı məktəbin müəllimi A.Babayeva da öz çıxışına Ümumilli lider Heydər Əliyevin sözləri ilə başladı.”Hər bir müəllim bilməlidir ki,onun üzərinə düşən vəzifə, onun dövlət üçün,millət üçün, Azərbaycan xalqı üçün, gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisi, ən lazımlısıdır.” Azərbaycanda dərs ili yeni başlayıb.Ölkəmizin 4500-dən çox ümümtəhsil məktəbində təxminən 160 minə yaxın müəllim dərs deyir. Azərbaycanda böyük müəllim ordusu var və onlar respublikamızın intellektual potensialının gücləndirilməsi yolunda fəaliyyət göstərirlər.5 Oktyabr bu şərəfli peşə sahiblərinin bayramıdır.1966-cı il oktyabrın 5-də UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfrasda müəllimlərin peşə fəliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd qəbul edilmişdir. 1994-cü ildən həmin tarix UNESCO tərəfindən Beynəlxalq Müəllimlər Günü kimi təsis edilmişdir.Daha sonra çıxış edənlər Azərbaycanda Müəllimlər Gününün hər il yüksək səviyyədə keçirilməsindən, müəllim əməyinin həmişə yüksək qiymətləndirilməsindən danışdılar.Sonda bütün müəllimləri ürəkdən təbrik edib onlara işlərində uğurlar arzuladılar. Tədbir iştirakçıları müəllim gününə həsr edilmiş sərgi ilə tanış oldular.

    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında Müəllim gününə həsr edilmiş “Şərəfli ömür yaşayanlar” adlı tədbir keçirildi.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında Müəllim gününə həsr edilmiş “Şərəfli ömür yaşayanlar” adlı tədbir keçirildi.
    Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında Müəllim gününə həsr edilmiş “Şərəfli ömür yaşayanlar” adlı tədbir keçirildi.
    loading...