Xəbər lenti
Axtar
14 Eyl 2018, 08:11   
    967
 Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında “Əsl təhsil yalnız mütaliə ilə əldə edilir” adlı tədbir keçirildi.

Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında “Əsl təhsil yalnız mütaliə ilə əldə edilir” adlı tədbir keçirildi.
14 sentyabr 2018-ci il tarixində Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında “Əsl təhsil yalnız mütaliə ilə əldə edilir” adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə MKS-nin direktoru A.Əlifxanov açdı. 15 sentyabr-Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür.Bütün dövrlərdə xalqının gələcəyini düşünənlər , ilk növbədə, onun təhsilinə böyük diqqət və qayğı ilə yanaşıblar. Azərbaycanın azad, müstəqil, güclü dövlət olması uğrunda həyata keçirilən məqsədyönlü işlərin, ən böyük əməllərin ilk sırasında da hər zaman maarifçilik məsələləri dayanır. Çünki təhsil beyinlərdən süzülən işiqdır. Onsuz millətin, dövlətin sabahı nurlu, gələcəyi uğurlu ola bilməz. Tədbirdə çıxış edən 7 saylı məktəbin müəllimi Ş.Əmrahova təhsilin inkişaf tarixindən danışdı. Azərbaycan təhsilinin inkişafının əsası ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. O vaxtdan başlayan təhsil quruculuğu bugünki uğurlara zəmin yaradıb. Dünya şöhrətli siyasətçi Azərbaycana ikinci dəfə hakimiyyətə qayıdandan sonra da ölkəmizdə elmin,təhsilin inkişafına hesablanan böyük işlər görüb.Yeni akademiyalar,univeristetlər, institutlar təsis edilib,özəl liseylər,sənət-peşə yönümlü məktəblər yaradılıb. Daha sonra çıxış edənlər Azərbaycanda təhsilin yüksək səviyyədə inkişafı, müasir dövrün tələbləri ilə ayaqlaşmağı bacaran yeni nəslin təlim-tərbiyəsi istiqamətində tədbirlərin böyük həssaslıqla düşünülüb həyata keçirilməsindən danışdılar. Yeni dərs ilində bütün Ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında təhsil alanla uğurlar arzuladılar. Sonda Bilik gününə həsr edilmiş sərgiyə baxış keçirildi.

 Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında “Əsl təhsil yalnız mütaliə ilə əldə edilir” adlı tədbir keçirildi.
 Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında “Əsl təhsil yalnız mütaliə ilə əldə edilir” adlı tədbir keçirildi.
 Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında “Əsl təhsil yalnız mütaliə ilə əldə edilir” adlı tədbir keçirildi.
 Xaçmaz rayon Mərkəzi Kitabxanasının Oxu zalında “Əsl təhsil yalnız mütaliə ilə əldə edilir” adlı tədbir keçirildi.

Sevda Ismailova
loading...