
BAKI-XEBERTV.AZ
Xaçmaz rayon Mərkəzi kitabxanasının Uşaq Şöbəsi Xaçmaz şəhər “Ana dilimizi qoruyaq” adlı səhərcik keçirilmişdir.
Avqust ayının 1-də Xaçmaz rayon Mərkəzi kitabxanasının Uşaq Şöbəsi Xaçmaz şəhər 1 saylı Uşaq baxçasında “Azərbaycan əlifbası və Azərbaycan dili” gününə həsr olunmuş “Ana dilimizi qoruyaq” adlı səhərcik keçirilmişdir. Tədbiri Uşaq Şöbəsinin müdiri Günay Məsimova və kitabxananın mütəxəsisi Gülşən Ahmatova aparmışdır. Tədbirdə çıxış edən Uşaq Şöbəsinin müdiri G.Məsimova uşaqlara “1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün yaranma tarixi barədə, Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə böyük fədakarlıq göstərmiş ümummilli lider Heydər Əliyevin xüsusi qayğısı və fəaliyyəti haqqında məlumat vermişdir. Ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, mükəmməl təhsil almasında, dünyagörüşünün genişlənməsində, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynaması barədə məlumat vermişdir. O həmçinin uşaqlara demişdir “Əziz uşaqlar Ana dili bizim bu günümüz, sabahımız və gələcəyimizdir. Ana dili bizim kimliyimizdir, əbədiliyimizdir. Onu qorumaq və nəsildən-nəsilə ötürmək hər birimizin borcudur. Tədbirdə yuxarı yaş qrupunda tərbiyə alan uşaqlar Leyla, Rəsul, Ömər, Gülcan və s. “Azərbacan dili”, “Ana dili”, “Qırmızı çanta”,” Müəllim” və s. şeirlər söylədilər.Tədbirdə baxça müəllimləri və uşaqlar iştirak etmişdilər.




İsmailova.sevda