Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Arazın suyu mədə xərçənginə səbəb olur - Şok
  • Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
  • Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
  • Kasıb ölkələrdəki insanlar öləcək? Dözülməzdir - Prezident
  • AZƏRBAYCANIN CƏSUR OĞULLARI HEÇ VAXT UNUDULMUR
  • Karantin nə qədər davam edəcək?.. - Prezident
  • 2021-də yaşanacaq fəlakətlər göstərildi... - Video
  • Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Xaçmaz Mərkəzi rayon kitabxanasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiya tədbirləri gördülər.
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • 11 May 2018, 08:14   
        625
    İsmayıllıda “Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda tədbir keçirilib - FOTO

    BAKI-XEBERTV.AZ

    Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsini həyata keçirir.

    Layihənin əsas məqsədi məktəb psixoloqlarının bilik və bacarıqlarını artırmaqla, uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirmək və uşaq hüquqlarının təbliğində məktəb psixoloqlarının rolunu gücləndirmək təşkil edir.

    Layihə çərçivəsində növbəti seminar “Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda İsmayıllı rayonunu əhatə edən məktəb psixoloqlarının və uşaq birliyi rəhbərlərinin və uşaqların iştirakı ilə keçirilmişdir.

    Seminarda İsmayıllı rayon İcra Hakimiyyətinin, İsmayıllı rayon Təhsil şöbəsinin nümayəndələri, İsmayıllı şəhər və kənd məktəblərinin psixoloqları, Uşaq Birliyinin rəhbərləri, İsmayıllı Uşaq Kitabxanasının, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etmişlər.

    Seminarı giriş sözü ilə açan İsmayıllı rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Murad Məhərrəmov açaraq həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, regionlarda belə layihələrin həyata keçirilməsinin məktəb psixoloqları və uşaqlar üçün faydalı olacağını qeyd etmişdir.

    Layihə rəhbəri Zaur Quliyev icra edilən layihə barədə iştirakçılara məlumat verərək bildirmişdir ki, həyata keçirilən tədbirlər eyni zamanda 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ölkədə keçirilən tədbirlərə dəstək xarakteri daşıyır. Ölkə Prezidentinin diqqət və qayğısı ilə respublikamızda uşaq hüquqlarının qorunması və təmin edilməsi ilə bağlı geniş tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də bölgələrdə uşaq hüquqları sahəsində məktəb psixoloqlarının və Uşaq Birliyi rəhbərlərinin bilik və bacarıqlarının artırılması yolu ilə uşaq hüquqlarının müdafiəsini təşkil etməkdir.

    “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, vəkil Rafiq Alışov “Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda çıxış edərək, seminar iştirakçılarına uşaq hüquqları, uşaqların müdafiəsi, valideyn məsuliyyəti, valideynlərin, məktəb psixoloqlarının və Uşaq Birliyi rəhbərlərinin əməkdaşlığının qurulması barədə məlumat verdi.

    Layihənin eksperti, psixoloq Sona Davudova uşaqlara qarşı zorakılığın yolverilməzliyi və valideynlərə psixoloji tövsiyyələr mövzusunda təqdimat etmişdir.

    Seminar qarşılıqlı müzakirə şəklində davam etmiş, ekspertlər tərəfindən seminar iştirakçılarının suallarını cavablandırılmışdır. İştirakçılar gələcəkdə bu cür maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyini, valideyn məsuliyyəti və valideynlərin hüquqi maarifləndirilməsi, məktəb psixoloqlarının psixoloji vəsaitlərlə və avadanlıqlarla təmin edilməsi, rayon məktəblərində psixoloq kabinetinin təşkil edilməsi ilə bağlı təkliflər səsləndirmiş və bu təkliflərin həyata keçirilməsinin faydalı olacağını bildirmişlər.

    Layihə çərçivəsində məktəb psixoloqları üçün iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan təlim proqramı haqqında da məlumat verilmişdir.

    “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin mətbuat xidməti.
    İsmayıllıda “Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda tədbir keçirilib - FOTO
    İsmayıllıda “Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda tədbir keçirilib - FOTO
    İsmayıllıda “Uşaq hüquqları və valideyn məsuliyyəti” mövzusunda tədbir keçirilib - FOTO


    Karabakhmedia.az
    loading...