Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 10 May 2018, 07:43   
        255
    Partiya sədrinin oğlundan Elçin Behbudova və ailəsinə şok ittiham - Video

    BAKI-XEBERTV.AZ
    “Atam Babək Ədalətli Şah İsmayıl Xətai Partiyasının sədridir

    Onun 2013-cü ildə milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun sifarişi ilə həbsi təşkil olunub. Atam yolda kameraların qarşısında oğurlanıb və ona polisdə işgəncələr verilib.

    Lakin bu işgəncə faktı ilə bağlı o dövrdə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri olmuş Elçin Behbudova etdiyimiz müraciəti araşdırmayıb, atamla Bakı İstintaq Təcridxanasında görüşməyib, işgəncə faktını gizlədib və bizə yalan məlumat verib”.

    Bu sözləri FİA.Az-a video müsahibəsində Xətai partiyasının sədri B.Ədalətlinin oğlu Emil Ədalətli bildirib.

    Onun sözlərinə görə, mərhum Elçin Behbudov atasının işgəncəyə məruz qalmasını ört-basdır edib: “Bizə bildirmişdi ki, atam heç bir işgəncəyə məruz qalmayıb.

    Lakin atamdan öyrənmişdik ki, Elçin Behbudov ümumiyyətlə onunla görşüməyib və bizi aldadıb.

    O dövrdə ədliyyə naziri, cənab Fikrət Məmmədov sağ olsun, ona müraciət etdik. Bizim məsələni nəzarətə götürdü və həmin vaxt Penitensiar Xidmətin rəisi olan Mədət Quliyevə tapşırdı ki, iş araşdırılsın.

    Allah Fikrət Məmmədovun balasını saxlasın. Cənab nazir olmasa, Elçin Behbudov işgəncə faktının üstündən öz bazarlığını edirdi”.

    E.Ədalətli qeyd edib ki, faktiki atası kimi onlarla işgəncə görmüş saxlanan şəxslərin işi Elçin Behbudov tərəfindən gizlədilərək ona böyük pullar qazandırıb:

    “İndisə həmin komitəni ailəsi ələ keçirmək və yenə işgəncə faktlarını gizlətməklə pul qazanmağa cəhd edirlər. Bu, yolverilməzdir. Bir cinayətkarın yerinə başqa cinayətkarın gəlməsinə razılaşmaq olmaz.

    Əksinə, Elçin Behbudov komitəyə rəhbərlik etdiyi dövrdə ailə üzvləri və yaxınları onunla birgə fəaliyyət göstərirdilər.

    Onların həmin dövrdəki əməlləri araşdırılmalı və məsuliyyətə cəlb olunmalıdırlar. İndi də yenə pul qazanmaq istəyirlər. Buna son qoyulmalıdır”.

    FİA.Az xatırladır ki, mərhum E.Behbudovun xanımı Elmira Behbudova komitə sədri vəzifəsinə keçmək istəyirdi.

    Lakin onun bu cəhdi hüquqi müstəvidə məğlubiyyətlə başa çatmışdı. Bundan sonra E.Behbudova kürəkəni Tural Hüseynovu qabağa verərək onun komitə sədrli postuna keçməsinə nail olmağa çalışır.

    Hərçənd ki, bunun üçün heç bir hüquqi əsas da yoxdur. Eyni zamanda hazırkı komitə sədri Elşad Həmidov yetərincə vəzifələrini icra edir.

    O, tez-tez görüşlər keçirir, tədbirlər təşkil edir, komitəyə daxil olan müraciət və şikayətləri araşdırır, işgəncə şikayətləri ilə bağlı iddia və müraciətləri yerindəcə araşdırır.

    Xatırladaq ki, ötən il İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri və qanuni səlahiyyətli şəxsi Elşad Həmidovun Elmira Behbudovaya qarşı qaldırdığı iddia ərizəsi araşdırılmışdı.

    Elşad Həmidov Yasamal rayon Məhkəməsinə ünvanladığı şikayət ərazəsində Elmira Behbudova tərəfindən şərəf və ləyaqətinin təhqir olunması, şər və böhtan xarakterli məlumatların yayılması ilə bağlı iddia qaldırmışdı.

    Yasamal rayon Məhkəməsi Elşad Həmidovun qaldırdığı iddianı təmin etmişdi. Bu qərardan narazı qalan Elmira Behbudova Bakı Apelyasiya Məhkəməsinə müraciət etsə də, onun şikayəti təmin edilməmişdi.

    Elmira Behbudova Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmədə hakim İlqar Xələfovun sədrliyi ilə baş tutan prosesdə Elmira Behbudovanın kasasiya şikayəti araşdırılıb və təmin edilməyib.

    İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən bildiriblər ki, Ali Məhkəmə komitənin sədri və səlahiyyətli şəxsi Elşad Həmidovun bütün instansiyalarda təmin olunmuş iddiasını təsdiq edib.

    loading...